Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə143/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   139   140   141   142   143   144   145   146   ...   289
Dördünçü şübhə. Möcüzə xüsusi ilahi iznə bağlı olduğundan Mütəal Allah ilə möcüzə gətirən şəxs arasında özəl rabitə olduğunu, ona xüsusi izn verildiyini göstərir. Başqa sözlə desək, Allah Öz işini onun əli ilə, yaxud onun iradəsinin vasitəsilə həyata keçirir. Amma belə rabitənin zəruri olması o demək deyil ki, Mütəal Allah ilə möcüzə gətirən şəxsin arasında vəhy göndərmək və almaq kimi digər bir rabitə də bərqərar olsun. Deməli, möcüzəni nübüvvətlik iddiasının doğruluğuna əqli bir dəlil hesab etmək olmaz. Ən çoxu bir növ zənni və qənaətləndirici dəlil hesab etmək olar.

Cavab bundan ibarətdir ki, hətta ilahi olsa belə, xariqüladə işin öz-özlüyündə vəhy ilə əlaqəsi yoxdur. Buna görə də Allah övliyalarının kəramətini onların peyğəmbər olmasına dəlil hesab etmək olmaz. Lakin söhbət o kəslər haqqındadır ki, nübüvvət iddiası edir və möcüzəni öz iddiasının doğruluğuna bir nişanə kimi gətirir. Əgər belə bir şəxsin yalandan nübüvvət iddiası etdiyini, yəni ən ağır dünya və axirət fəsadına səbəb olan ən böyük və ən çirkin günaha mürtəkib olacağını fərz etsək1 onun heç vaxt Allah ilə belə bir əlaqə bərqərar etməyə ləyaqət və səlahiyyəti olmazdı. İlahi hikmət də ona möcüzə göstərmək qüdrətini verilməsini və nəticədə bəndələrin azğınlığa düşməsinə səbəb olmasını tələb etməzdi.2

Bir sözlə, əql aydın şəkildə başa düşür ki, o kəsin Allahla xüsusi rabitə qurub möcüzə göstərməyə qüdrəti ola bilər ki, öz mövlasına xəyanət etməsin, Onun bəndələrinin əbədi azğınlığa və bədbəxtçiliyə düçar olmasına səbəb olmasın.

Deməli, möcüzəni gətirmək nübüvvət iddiasının düzgünlüyünə qəti əqli dəlil olacaqdır.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin