Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə148/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   144   145   146   147   148   149   150   151   ...   289

NÜBÜVVƏT VƏ RİSALƏT


“Rəsul” kəlməsi xəbərgətirən, “nəbi” kəlməsi isə, əgər “nə-bə-ə” kökündən alınıbsa mühüm xəbər sahibi, əgər “nə-bə-və” kökündən alınıbsa yüksək məqam sahibi mənasınadır.

Bəziləri güman etmişlər ki, «nəbi» məfhumu «rəsul»dan daha ümumidir, belə ki, «nəbi» dedikdə Allah tərəfindən ona vəhy olunan şəxs nəzərdə tutulur, istər onu başqalarına çatdırmağa məmur olsun, istərsə olmasın. Lakin «rəsul» dedikdə vəhyin təbliğ olunmasına da məmur edilən şəxs nəzərdə tutmuşlar. Bu iddia düzgün deyildir. Çünki Quranın bəzi ayələrində “nəbi” sifəti “rəsul” sifətindən sonra gəlmişdir.3 Halbuki, yuxarıdakı bəyana əsasən məfhum cəhətindən ümumi olan sifət – “nəbi” xüsusi sifət olan “rəsul”dan qabaq gəlməli idi. Bundan əlavə, vəhyin təbliğ olunması məmuriyyəti təkcə rəsullara məxsus deyildir.

Bəzi rəvayətlərdə qeyd olunur ki, nübüvvət məqamı vəhy mələyini yuxuda görüb oyaq halda yalnız onun səsini eşidir. Halbuki, risalət məqamının sahibi vəhy mələyini ayıq halda da görür.4

Amma bu fərqi də sözlərin məfhumuna aid etmək olmaz. Hər bir halda bunu qəbul etmək olar ki, nəbi xarici nümunə cəhətindən (nəinki, məfhum cəhətindən) rəsuldan daha ümumidir. Yəni bütün peyğəmbərlər nübüvvət məqamına malik olmuşlar, lakin risalət məqamı onlardan yalnız bir qrupuna məxsus olmuşdur. Əvvəldə qeyd olunan rəvayətlərə əsasən, rəsulların sayı 313 nəfər olmuşdur və təbiidir ki, onların məqamı digər peyğəmbərlərin məqamından yüksək olacaqdır. Rəsulların özü də məqam və fəzilət baxımından eyni səviyyədə olmamışlar.5 Onlardan bəziləri imamət məqamına çataraq iftixar etmişlər.6



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin