İkincisi: Müşahidə olunan şeylərin açıqlanması və onların məfhum və sözlər formasında bəyan edilməsi xüsusi zehni hazırlıq tələb edir ki, bu da əqli səylər və dərin fəlsəfi təhlillər olmadan mümkün deyildir. Belə hazırlığa malik olmayan şəxslər mütəşabih (oxşar) məfhumlar və sözlər işlədirlər ki, bu da inhirafa və azğınlığa düşməyin başlıca amilidir.
Üçüncüsü: Çox hallarda həqiqi mənada müşahidə edilən şey onun xəyali inikası ilə, eləcə də zehnin onlar barədə etdiyi açıqlama ilə, hətta müşahidə edən şəxsin özü belə səhvə yol verə bilər.
Dördüncüsü: Zehni açıqlanmanın dünyagörüş adlandırdığı həqiqətləri tapmaq uzun illər irfani seyr-süluk tələb edir. Əməli mərifət qəbilindən olan seyri-süluk üslubunu qəbul etməkdən qabaq dünyagörüşün əsaslı məsələləri və nəzəri əsasları mənimsənilməlidir. Deməli, seyri-süluka başlamazdan əvvəl bu məsələlər həll olunmalıdır, halbuki şühudi mərifət işin axırında hasil olur. Əsas etibarı ilə həqiqi irfan o kəslər üçün mümkün olur ki, Mütəal Allaha bəndəçilik yolunda sədaqətlə çalışsın. Belə səylər və çalışmalar da Mütəal Allahı, Ona bəndəçiliyi və itaət barəsində əvvəlcədən məlumat kəsb etməyi tələb edir.
NƏTİCƏ
Bu araşdırmadan belə nəticə alınır ki, dünyagörüşün əsaslı məsələlərini həll etmək üçün yol axtarmaq istəyən şəxsin qarşısında yeganə yol əql qüvvəsini işə salmaqdır. Buna görə də həqiqi dünyagörüşün fəlsəfi dünyagörüşdən ibarət olduğunu demək lazımdır.
Əlbəttə, diqqət yetirmək lazımdır ki, həmin məsələlərin həlli yolunun əql yolundan ibarət olduğunu, dünyagörüşün fəlsəfi dünyagörüşdən ibarət olduğunu deməyin mənası bu deyildir ki, düzgün dünyagörüşü əldə etmək üçün bütün fəlsəfi məsələləri həll etmək lazımdır. Hətta, bir neçə sadə fəlsəfi məsələnin həll olunması dünyagörüşün ən əsas məsələsi sayılan Allahın varlığını isbat etmək üçün kifayətdir. Baxmayaraq ki, bu cür məsələlərdə mütəxəssis olmaq, yaranan hər bir şübhə və iradla əlaqədar cavabvermə qüdrəti kəsb etməyin daha artıq fəlsəfi tədqiqata ehtiyacı vardır.
Həmçinin, əsaslı məsələlərin həll edilməsi üçün faydalı mərifətin əqli mərifətdə məhdudlanması bu demək deyildir ki, bu məsələlərin həll olunmasında başqa məlumatlardan əsla istifadə olunmasın. Əksinə, elmi məsələlərin çoxunda hüzuri elm, yaxud hissi və təcrübi yolla əldə edilən müddəalardan istifadə etmək olar. Eləcə də ikinci dərəcəli məsələləri və fəri etiqadları (füruiddini) həll etmək üçün təəbbüdi mərifətdən istifadə etmək və onları kitab və sünnənin mövhtəvası əsasında (dinin mötəbər mənbələri) isbat etmək, nəhayət, düzgün dünyagörüş və ideologiya əldə etdikdən sonra seyri-süluk mərhələsini ötməklə mükaşifələrə və müşahidələrə çatmaq və əqli dəlillər vasitəsilə isbat olunan şeylərin çoxunu zehni məfhumların vasitəçiliyi olmadan dərk etmək olar.
Dostları ilə paylaş: |