1.Elmi və təcrübi mərifət. Bu cür tanışlıq hiss orqanlarının köməyi ilə əldə olunur. Lakin hiss orqanları ilə yanaşı bu tanışlıqda əqlin də özünəməxsus rolu var. Təcrübi mərifət fizika, kimya və s. kimi elmlərdə istifadə olunur.
2.Əqli mərifət. Bu cür mərifət fəlsəfi məfhumlar vasitəsilə formalaşır və onun əldə olunmasında əsas rolu əql ifa edir. Amma bəzi hallarda deduksiyadan da istifadə olunması mümkündür. Bu mərifətin hüdudunu məntiq, fəlsəfi və riyazi elmlər təşkil edir.
3.Təəbbüdi mərifət. Bu ikincilik (sanəvi) yönünə malikdir və etimad olunan mənbəyin ilkin mərifəti əsasında olub və müxbiri-sadiqin (doğruçu, sadiq xəbərverənin) verdiyi xəbər vasitəsilə əldə olunur. Din ardıcıllarının dini rəhbərlərin sözləri əsasında qəbul etdikləri, bəzən də hiss və təcrübədən qaynaqlanan etiqadlardan qat-qat güclü olan etiqadi mətləblər bu qəbildəndir.
4.Şühudi mərifət. Bu növ mərifət yuxarıda qeyd olunan növlərin əksinə olaraq zehni məfhumların və surətlərin vasitəçiliyi olmadan və heç bir xəta və səhvə yol verilmədən birbaşa məlumun eyni zatına aid olur. Amma öz yerində izah ediləcəsi kimi irfani və şühudi mərifət adlanan bu şey həqiqətdə müşahidə olunan şeylər barəsində zehni bir mülahizədir. Səhvə və xətaya düşməsi mümkündür.2