a) Fitri mərifətlər: Belə ki, hər bir insan təlimə ehtiyac olmadan onlardan bəhrələnir.
b) Fitri meyllər. Belə ki, bu hər bir fərdin yaradılışının tələbidir.
Deməli, əgər hər bir fərd üçün Allah barəsində sübut olunsa və öyrənib təlim görməyə ehtiyacı olmasa, onu fitri allahşünaslıq adlandırmaq olar. Əgər Allaha bir növ meyletmə və Ona pərəstişetmə hissi hər bir insanda tapılsa, onu fitri allahpərəstlik adlandırmaq olar.
İkinci dərsdə qeyd olundu ki, nəzər sahibləri və mütəxəssislərdən çoxu dinə və Allaha olan meyli insanın ruhi xüsusiyyətlərindən hesab edərək onu dini hiss, yaxud dini atifə adlandırmışlar. Bunu da əlavə edirik ki, Allah mərifəti də insan fitrətinin tələbi hesab edilmişdir. Amma Allaha pərəstiş fitrəti agahlıq üzündən olan meyl olmadığından Allahı tanımaq fitrəti də agahlıq üzündən olmayan mərifətdir. O mərifətdir ki, adi şəxsləri Mütəal Allahı tanımaq üçün əqli səylərdən ehtiyacsız edir.
Lakin unutmaq olmaz ki, hər bir fərd, heç olmazsa, fitri-hüzuri mərifətin zəif mərtəbəsindən bəhrələndiyindən azacıq fikir və istidlalla Allahın varlığını qəbul edə bilər. Tədricən agahsızlıq üzündən olan şühudi mərifəti gücləndirərək onu agahlıq mərtəbəsinə çatdıra bilər.
Bir sözlə, “Allah barəsində mərifət kəsb etmək fitridir”, dedikdə mənası budur ki, insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun dərinliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki, bu da inkişaf edib çiçəklənmək qabiliyyətinə malikdir. Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki, onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin.
Dostları ilə paylaş: |