Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə32/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   28   29   30   31   32   33   34   35   ...   289

İMKAN VƏ VÜCUB


Nə qədər sadə olsa belə, hər bir hadisə iki əsas məfhumdan (mövzu və məhmul-obyekt və predikat) təşkil olunur. Məsələn, günəşin işıqlığının sübut olunmasına dəlalət edən “günəş işıqlıdır” hadisəsində “günəş” hadisənin mövzusu, “işıqlıdır” isə onun məhmulu hesab olunur.

Məhmulun mövzu üçün sübut olunması təkcə üç haldan ibarətdir: Ya qeyri-mümkündür (məsələn “üç dörddən böyükdür” kimi), yaxud zəruridir (iki dördün yarısıdır kimi), yaxud da nə qeyri-mümkündür, nə də zəruridir (məsələn, “bizim başımızın üstündə günəş vardır” kimi).

Məntiqi terminlərə uyğun olaraq birinci surətdə hadisə “imtina”, ikinci surətdə “zərurət”, yaxud “vücub”, üçüncü surətdə isə “imkan” adları altında müəyyən olunur.

Fəlsəfədə mövcud (varlıq) barəsində söhbət olunduğundan və qeyri-mümkün olan şeyin heç bir xarici vücudu olmadığından filosoflar mövcudu əqli fərz əsasında Vacibul-vücud və mümkünül-vücud olaraq iki yerə bölürlər. Vacibul-vücud o varlıqdır ki, öz-özünə mövcud olsun və başqa bir varlığa ehtiyacı olmasın. Təbiidir ki, belə bir varlıq əzəli və əbədi olacaqdır. Çünki hər hansı bir varlığın müəyyən zaman dövründə mövcud olmaması bunu göstərir ki, onun varlığı özündən deyildir və onun varlıq səhnəsinə gəlməsi üçün başqa bir varlığa ehtiyacı vardır ki, onun gerçəkləşməsinin səbəbi, yaxud şərtidir və onun olmaması ilə yoxa çevrilir. Mümkünül-vücud isə o varlığa deyilir ki, özündən olan vücudu yoxdur və onun vücuda gəlməsi başqa bir varlıqdan asılıdır.

Əqli fərz əsasında gerçəkləşən bu bölgü varlığı qeyri-mümkün olan şeyi zəruri olaraq inkar edir, lakin xarici varlıqlardan hər hansı birinin bu iki qismdən hansı birinin (vacibul-vücud və mümkünül-vücud) olmasına dəlalət etmir. Başqa sözlə desək, bu qəziyyənin (hadisənin) üç halda gerçəkləşməsi, yaxud tətbiq olunması təsəvvür olunur: 1.Hər bir varlıq Vacibül-vücud olsun, 2.Hər bir varlıq mümkünül-vücud olsun, 3.Varlıqlardan bəzisi vacib, bəzisi mümkün olsun.

Birinci və üçüncü fərziyyəyə əsasən Vacibul-vücudun varlığı sübuta yetir. Deməli, bu fərziyyəni araşdırmaq lazımdır ki, görəsən, bütün varlıqların mümkünül-vücud olması mümkündür, ya yox? Məhz bu fərzin batil edilməsi ilə Vacibul-vücudun varlığı qəti və yəqin surətdə sübuta yetir. Amma onun vahid olması, eləcə də digər sifətləri ayrı dəlillərlə sübut olunur.

İkinci fərziyyəni batil etmək üçün qeyd olunan bürhana digər bir müqəddimə də əlavə etmək lazımdır. O da bundan ibarətdir ki, bütün varlıqların mümkünül-vücud olması qeyri-mümkündür. Lakin bu müqəddimə bədihi (çox aşkar, məlum) olmadığından onu isbat edərək belə bəyan etmişlər: Mümkünül-vücudun səbəbə ehtiyacı vardır. Səbəblər sonsuzluğu isə qeyri-mümkündür. Deməli, səbəblər silsiləsi elə bir varlıqda sona çatmalıdır ki, o mümkünül-vücuda və başqa bir səbəbə ehtiyaclı olmasın, yəni Vacibul-vücud olsun. Buna görə də digər bir fəlsəfi məfhumdan istifadə olunur ki, onun barəsində bir qədər izahat verilməlidir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin