RUHUN MÜCƏRRƏDLİYİNƏ DAİR ƏQLİ DƏLİLLƏR
Qədim zamanlardan filosoflar və hikmət sahibləri ruh barəsində (bu, fəlsəfi istilahda nəfs adlanır)2 çoxlu bəhslər aparmışlar, xüsusilə İslam filosofları bu məsələ ilə əlaqədar həddindən artıq ciddiyyət göstərmiş, öz fəlsəfi kitablarının mühüm bölmələrini bu məsələyə həsr etmişlər. Həmçinin, bu zəmində ayrıca kitablar yazmış, ruhu bədənin bir hissəsi, yaxud maddi surətə malik olan varlıq kimi təsəvvür edənlərin nəzərlərini çoxlu dəlillərlə rədd etmişlər.
Aydındır ki, belə bir mühüm mövzu barədə geniş bəhs aparmaq bu kitabın həcmi ilə münasib deyildir. Buna görə də qısa bəhs aparmaqla kifayətlənəcək və çalışacağıq ki, bu fəsildə aydın və eyni zamanda dəlil-sübut əsasında olan bəyanları təqdim edək. Bir neçə əqli dəlildən ibarət olan bu bəyanları aşağıdakı müqəddimə ilə başlayırıq:
Biz bədənimizin rəngini və formasını öz gözlərimizlə görür, onun yumşaq və ya bərk olmasını lamisə hissi ilə ayırd edir, bədənimizin daxili aləmindən yalnız birbaşa olmayan yollarla məlumat əldə edə bilirik. Amma özümüzün qorxu, mehr-məhəbbət, qəzəb, iradə və təfəkkürümüzü bədənimizin hiss üzvlərinin köməyi olmadan dərk edirik. Həmçinin bu kimi ruhi halətlər, atifələr və hisslərə malik olan «mən» barəsində hiss üzvlərinə ehtiyac duymadan agahlıq əldə edirik.
Deməli, insan ümumi halda iki növ idrakdan faydalanır: Biri bədənin hissi üzvləri vasitəsilə olan idrak, digəri isə bu hiss üzvlərinə ehtiyacı olmayan idrak.
Digər məsələ bundan ibarətdir ki, hissi idraklarda baş verən müxtəlif xətalara diqqət yetirməklə bu idrakda xəta ehtimalının olması nəticəsinə gəlirik. Amma ikinci qism idraklarda heç bir xəta, səhv, şəkk və şübhədən söhbət gedə bilməz. Məsələn, birinin öz dərisinin rəngini həqiqətdə də hiss etdiyi kimi olub-olmamasında şəkk etməsi mümkündür. Amma heç kəs özünün idraka malik olub-olmamasında, qərara gəlib-gəlməməsində, şəkkə düşüb-düşməməsində şəkk edə bilməz! Bu da fəlsəfədə aşağıdakı təbirlə bəyan olunan mətləbdir:
Dostları ilə paylaş: |