Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari


NOVRUZ VƏ TÜRK XALQLARININ



Yüklə 0,6 Mb.
səhifə13/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   9   10   11   12   13   14   15   16   ...   55
NOVRUZ VƏ TÜRK XALQLARININ

MÖVSÜM MƏRASİMLƏRİ
Altayda martın 21-də “Yilqayak” bayramı qeyd edilir. Bu bayram da Novruz kimi baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün keçirilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir.Altaylarda yaz mövsümü ilə bağlı keçirilən “Yılqayak” mərasimində alqış edilir, şeir söylənir, mahnı oxunur. Altaylarda xalq bayramı Çaqa bayram (Ağ bayram) Yeni ildiir. Bu bayramda “San saları” mərasimi keçirilir. Mərsimdə oda səcdə edilir və ondan rəhm dilənir. “Çaqa”nın bayram edilməsi Kosmosdan asılıdır. Meçin ulduzu (Pleada bürcü) Ayın yanından keçəndə Çaqa bayramı başlanır. Bayramda icrası vacib olan ritual uşaqların və böyüklərin qarda yuvarlanmasıdır. Bununla ruhun və bədənin şərdən və qaranlıqdan təmizlənməsi gerçəkləşdirilmiş olur. “San saları” mərasimi yeni ay görünəndə başlanır və ona əvvəlcədən hazırlaşırlar. Evin şərq tərəfində yüksək bir yerdə daş qoyulur. Günəş şüaları görünəndə daşın üstündə od yandırırlar. Odun ətrafına süd məhsulları qoyurlar və dua edirlər. Odun üstünə süd çilənir və Yeni il üçün diləklər dilənir. Bu bayramda adamlar bir-birlərinə hədiyyələr verirlər. Eyni zamanda bu bayramda adamalr bir-birlərindən soruşurlar:”Yıldı kandın çıkkan”?(İldən necə çıxdın) sualına “ie” (yaxşı) cavabı verilməlidir. Bundan sonra xalq gəzintisi və milli idman oyunları başlanır.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin