Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə37/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   33   34   35   36   37   38   39   40   ...   55
Atalar sözləri:

Yel əsməyincə yarpaq tərpənməz

Yelə tüpürsən öz üstünə qayıdar

Yel qayadan nə aparar?

Yelnən gələn selnən gedər, yelnən gələn gülnən gedər

Yel əsib qoz tökülüb

Yel aparadığını qaytarmaz

Yellə dost olan yellənə - yellənə qalar(62,35).


Tapmacalar:

Nə əli var nə ayağı,

Dağıdır dəli sayağı

Şıqhaşırıq açır qapı ( yel )


Hər yan ələk – vələkdir,

İsti tamam kələkdir

Dəyirmana can verər

Xırmana da gərəkdir(62,39). ( yel )


İnanclar:

Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını ağaca toxutsa diləyin yerinə yetər.

Yeli əsdirəni söyməzlər.

Torpaq ən sonuncu çərşənbəmizdir.Bu son çərşənbəmiz uşaqlar üçün daha maraqlı və əyləncəli keçir. Torpaq təbiətin insanlara bəxş etdiyi ən qiymətli nemətlərindəndir. Bu çərşənbənin “torpaq - çillə - beçə çərşənbəsi ” də adlandırırlar. Bundan başqa bu çərşənbə xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə - suri” adları ilə də tanınır. Məlum olduğu kimi sonuncu çərşənbədə nəhayət torpaq oyanır. Bununla da torpaq artıq əkinə hazır vəziyyətdə olur. İlin axır çərşənbəsi ilin ən əziz günlərindəndir. Axır çəşənbənin axşam şənlikləri daha gur keçirilir. Üzərlik yandırlır, tonqallar yandırılır, bacalardan torblalar sallanır, qulaq falına çıxılır, papaq atılır, yumurta döyüşdürülür.

Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər,ölülərin ruhuna quran oxunar, dua edilər. Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan – bu yana atılar, bununla da adamlar köhnə ilin azar - bezarını, dərt - bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar - bezardan qorunacaqlarına inanırlar(67).

İnanclar:

Axır çərşənbə günü axşam çağları qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və.s olarsa hər şeyin yaxşı olacağı guman edilir. Əksinə, “söndür”, “viran qalsın” və.s kimi sözlər eşidiləndə pis tərəfə yozulur(68).

Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı o biri tərəfinə qara qələm qoyulumuş yumurtanın axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa yumurtanın üstünə qırımızı, baş tutmayacaqsa qara xət çəkilər – deyərlər.

Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar əgər iynələr yaxınlaşarsa, ürəyində niyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır deyərələr.

Axır çərşənbə gecəsində almanın qabıqlarını qırmamaq şərtilə bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla biryerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən – deyərlər

Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətsə birini marşırlayırsan dolçaların ikisində bir uşağa verib suya göndərisən. Ürəyində tutduğun marşıladığın qab dolu gələrsə niyyətinə çatarsan - deyərlər

Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər – deyərlər

Axır çərşənə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər – deyərlər(69,19).



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin