Qeyri – İslam ölkələrində İslam Maliyyə İnstitutlarının fəaliyyəti
Təqdimat İslam Maliyyə İnstitutlarının coğrafiyası artıq qeyri – İslam ölkələrini də əhatə edir. Bu ölkələrdə İslam Maliyyə Xidmətlərinin yaranma səbəbini konkret bir halla izah etmək çətindir. Burada, həmin ölkələrdə yaşayan və ənənəvi maliyyə xidmətlərindən istifadə etməyən müsəlmanların yaratdığı bir bazar tələbi nə qədər rol oyanıyıbsa, bu dövlətlərin maliyyə sektorunu diversifikasiya etmək istəyi də bir o qədər həlledici olub.
Qeyd etmək lazımdır ki, qeyri – İslam ölkələri dedikdə əhalisinin yarısından çoxu qeyri – müsəlman olan ölkələr nəzərdə tutulur.