1.2.3 Qısa mövqeli satış (shortselling) Shortselling bildiyimiz kimi maliyyə bazarlarında mülkiyyətmizdə olmayan maliyyə aktivlərinin borclanma vasitəsilə tranzaksiyasına əsaslanır. İslam isə short-sellingi qadağan edir, çünki bu, İslamın “ticarət” konsepsiyasına və onun qaydalarına ziddir. Hətta Lehman Brothersin iflasından sonra, fond birjalarının çökməsi fonunda ABŞ və Avropa dövlətləri də bir müddət shortsellingi qadağan etmişdilər. Böhranın ən kəskin vaxtlarında, 2008 – ci ilin sentyabr ayında Amerika Birləşmiş Ştatlarının qiymətli kağızlar və birja komisiyası (U.S. Securities and Exchange Commission) shortsellingi müvəqqəti qadağan etdi. Eyni zamanda Böyük Britaniyanın maliyyə xidmətləri agentliyi (Financial Services Authority) də shortselling əməliyyatlarına qadağa qoydu.