1.2.6 Beynəlxalq Reytinq Agentlikləri
Diqqət çəkən məqamlardan biri də odur ki, dünyanın ən böyük reyting agentlikləri Standard & Poor's, Moody`s və Fitch IBCA böhranın səbələrindən hesab olunan ipoteka istiqrazlarına ən yuksək AAA reytinqi vermişdilər. Maraqlısı odur ki, bu reytinq agentlikləri hələ də kredit qabiliyyətliliyinin qiymətləndirilməsində əsas referanslardan biri olaraq qalmaqdadır, baxmayaraq ki, məlum hadisələrdən sonra əvvəlki əhəmiyyətlilik dərəcələri müəyyən qədər azalmalı idi. Həqiqətən bu qurumların reytinqi həm təşkilatlar, həm dövlətlər, həm də ayrı-ayrı fərdlər üçün az qala ilahi təminat rolunu oynayırdı. Amma onların AAA reytinqi verdikləri ipoteka istiqrazları cəmi bir neçə ay sonra məlum hadisələrlə üzləşdi. Həm də qərbdə iddia edilir ki, bu agentliklərin fəaliyyəti kommersiya xarakterlidir. Yəni, reytinq almaq istəyən korporasiyalar, şirkətlər və s. bu agentliklərə xidmət haqqı ödəyir. Bu xidmət haqqının qarşılığında isə reytinqlər qiymətləndirilir və hesabatlar verilir. Belə halda isə bu reytinq agentliklərinin daha çox qazanmaları üçün maksimum dərəcədə obyektiv olmadıqları iddia edilir.
Artıq qərbi avropanın bəzi dövlət nümayəndələri də ifadə edirlər ki, bu reytinq agentliklərinın obyektivliyi çox şübhəlidir, onlar əsasən ABŞ-ın direktivlərinin təsiri altında fəaliyyət göstərirlər. Misal kimi isə qərbi avropa dövlətlərindən hər hansı birinin çətinliklərlə üzləşdiyi zaman dərhal reytinqinin azaldıldığını, amma ABŞ-ın reytinqinin isə hələ də AAA səviyyəsində saxlandığını qeyd edirdilər. Bu qədər ittihamlardan sonra bu reytinq agentliklərindən yalnız biri (Standard & Poor's) ABŞ-ın reytingini AAAdan AA+ səviyyəsinə endirdi, lakin digərləri isə hələ də AAA səviyyəsində saxlayırdılar. Göründüyü kimi dünyada investorları istiqamətlərindən bu agentliklərin obyektiv fəaliyyəti şübhə altına alınır və yuxarıda təsvir edilən hadisələrdən sonra onların 100% etibarlı referans olmaması məlum oldu, həmin reytinq agentlikləri ki, mövcud qlobal maliyyə sisteminin ayrılmaz tərkib hissəsidirlər. Bu da öz növbəsində böhran zamanı mövcud qlobal maliyyə sisteminin digər bir problemi olaraq özünü göstərdi.
Dostları ilə paylaş: |