Ağayev Samir


Məşhur İqtisadçıların və bəzi qərb dairələrinin İslam Maliyyə Sistemi haqqında fikirləri



Yüklə 1,34 Mb.
səhifə144/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   140   141   142   143   144   145   146   147   ...   162
    Bu səhifədəki naviqasiya:
  • Zəkat
1.4 Məşhur İqtisadçıların və bəzi qərb dairələrinin İslam Maliyyə Sistemi haqqında fikirləri
Fransalı iqtisadçı, 1988 –ci ilin Nobel mükafatçısı Maurice Allais qlobal maliyyə böhranı ilə əlaqədar müəyyən təkliflər toplusu hazırlamışdır. Təklif olunan sistemin 2 elementinə diqqət yetirək. Maurice Allais təklif edir ki, yeni qurulacaq sistemdə faiz dərəcəsi 0 – a endirilsin və vergi dərəcəsi təxminən 2% səviyyəsində tətbiq olunsun. Çox maraqlıdır ki, bu 2 element İslam İqtisadi Modelinin əsas elementlərinə çox bənzəyir. Çünki İslam faizi qadağan edir və şəriətin əmr etdiyi Zəkat da 2.5% səviyyəsində müəyyənləşdirilib.

Maurice Allaisın cari qlobal iqtisadi və maliyyə sistemi haqqında fikirləri də çox maraqlıdır. O deyirdi ki, valyuta, səhm, derivativ maliyyə alətləri bazarında spekulyasiyalarla dünya böyük bir kazinoya çevrilib. Milyonlarla oyunçunun iştirak etdiyi qumar oyunu heç vaxt dayanmır.

Həmçinin qeyd etmək lazımdır ki, ümumilikdə qlobal maliyyə böhranı fonunda İslam Maliyyə Sisteminin artımını qərb aləmində qısqanclıqla qarşılayırlar. Ona görə də məşhur ekspertlər, iqtisadçılar, dövlət xadimləri sahə haqqında az danışırlar. Lakin, istisnalar da mövcuddur. Bu mövzuda ədalətli mövqedə olanlar da az deyil. Onlardan biri də İngiltərənin məşhur Durham Universitetinin professoru Rodney Wilsondur. Onun İslam Maliyyə Sistemi haqqında fikirləri maraqlıdır. “Why Islamic Banking is Successful? Islamic Banks are Unscatched Despite of Financial Crisis” (Nə üçün İslam Bankçılığı müvəffəqiyyətlidir? İslam Bankları maliyyə böhranına rəğmən zərər görmədilər) adlı məqaləsində Wilson, İslam Maliyyə Sistemi və İslam Bankçılığı haqqında bunları deyir: “İslam Bankları kredit risklərinin qiymətləndirilməsində ənənəvi banklara nisbətdə daha ehtiyatlıdırlar. İslam Bankçılıq modeli ənənəvi modelə nisbətdə daha dayanıqlı alternativdir. İslam maliyyəsinin qərb bazarlarına yayılması göstərir ki, maliyyə nazirləri və qanunvericilər bu sistemi çox ciddi qəbul edirlər. Şübhə yoxdur ki, İslam Maliyyə Sisteminin yaxşı gələcəyi var və tamahkarlıq üzərində qurulan ənənəvi modeldən fərqli olaraq mənəvi dəyərlər üzərində qurulan maliyyə sisteminin qlobal miqyasda çəkisinin artımı labüddür.

Almaniyanın Die Welt qazeti İslam Banklarının qlobal maliyyə böhranına rəğmən dinamik inkişaf tempinə geniş yer ayırmışdı. Qazet xüsusilə qeyd edirdi ki, hal – hazırda İslam Bankları qərb banklarının nail olmaq istədikləri yerdədirlər. Həmçinin qazet ironiyalı şəkildə qeyd edib ki, qərb banklarının real sektoru nəzərə almaları üçün bir böhrana ehtiyac var idi.

Katolik dünyasının mərkəzi Vatikandan da böhranla əlaqəli çox maraqlı təklif verilmişdi. Vatikanın rəsmi mətbuat orqanı 'L'Osservatore Romano' qazeti böhrandan çıxış yolu olaraq İslam Bankçılıq sisteminin öyrənilməsini və tətbiq edilməsini təklif edib. 2009 – cu ilin 4 mart tarixində dərc olunan qazetin iqtisadçıları Loretta Napoleoni və Claudia Segre İslama uyğun investisiyaların iqtisadiyyatda süni köpüklərin yaranmasının qarşısını aldığını bildiriblər.

Fəaliyyəti ciddi tənqid olunan Beynəlxalq Valyuta Fondu (IMF) da hesabatlarında mütəmadi olaraq bildirirdi ki, iqtisadi inkişafı maliyyələşdirmək üçün ən yaxşı vasitə pay bazisli investisiyalardır (equity), xüsusilə Birbaşa İnvestisiyalar (Foreign direct investment). Çünki, Birbaşa İnvestisiyalar mülkiyyətçiliklə, nəzarətlə əlaqəlidir və iqtisadi inkişafa səbəb olan amilləri maliyyələşdirir. Qısa – müddətli maliyyələşmə isə daha çox istehlakı maliyyələşdirmək üçün istifadə olunur. Harvard universitetinin professoru Rogoff da qeyd edir ki, “ideal dünyada birbaşa investisiyalar daha çox rol oynayır.” Yale universitetinin professoru və dünyanın ən çox kitab satan iqtisadçısı Robert Shiller dövlətlərin istiqrazlar vasitəsilə maliyyələşməsi zamanı ənənəvi yanaşmaya nisbətdə spesifik təklif verir. Shiller təklif edir ki, “dövlətlər istiqrazlar vasitəsilə borclandığı zaman istiqrazların gəlirliliyini sabit faiz ödənişlərinə yox, iqtisadi inkişafa əsaslandırsınlar. Bu, inkişafın olmadığı zamanlarda dövlətləri əlavə borc yükündən xilas edəcək.” Xatırlayırsınızsa, Shillerin bu təklifi islam istiqrazları adlanan sukukun əsas mahiyyətidir. Belə ki, sukukda da əsas kriteriya gəlirliliyin, aktivin yaratdığı gəlirlərdən asılı olmasıdır.



Göründüyü kimi bütün bu mövqelər demək olar İslam Maliyyə Sisteminin elementləri ilə üst – üstə düşür, çünki burada da birbaşa investisiyalar vasitəsilə iqtisadiyyatın inkişaf etdirilməsi dəstəklənir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin