Ağayev Samir


V BÖLMƏ. İslam Maliyyə Sisteminin üstünlükləri: Qlobal Maliyyə Böhranı və İslam Maliyyə Sistemi



Yüklə 1,34 Mb.
səhifə136/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   132   133   134   135   136   137   138   139   ...   162
V BÖLMƏ. İslam Maliyyə Sisteminin üstünlükləri: Qlobal Maliyyə Böhranı və İslam Maliyyə Sistemi

Fəsil 5. Qlobal Maliyyə Böhranına alternativ baxış
1 Böhranın Səbəbləri və İslam Maliyyə Sisteminin Üstünlükləri
Təqdimat
İslam Maliyyəsi mövzusu xüsusilə İslam Banklarının 2008 – ci ildə baş verən qlobal maliyyə böharanından zərər görməməsi ilə dünyanın dörd bir yanında geniş müzakirələrə səbəb oldu. Bu müzakirələr o qədər böyüdü ki, bu gün İslam Maliyyəsi termini az qala heç kəsə yad deyil. Artıq bu gün dünyanın bəzi nəhəng maliyyə institutları və bankları bu və ya digər şəkildə İslam Maliyyəsi xidmətləri göstərir, başda Böyük Britaniya, Luksemburq, Sinqapur olmaqla bir sıra qeyri – İslam ölkələri də rəsmi olaraq ölkələrində İslam Maliyyə xidmətlərinin göstərilməsinə icazə verir. Dünyanın aparıcı universitetləri İslam Maliyyəsi üzrə fakultələr təsis edir və bu sahədə bakalavr, magistr və hətta doktorantura dərəcələri üzrə təhsil verir. Qeyri – İslam ölkələrində də bu bazarın tədqiqi üzrə xüsusi komandalar formalaşdırılır və bazardakı trendlər mütəmadi olaraq öyrənilir. Amerika Birləşmiş Ştatlarının məşhur Harvard universiteti İslam Maliyyəsi üzrə qlobal səviyyədə xüsusi analitik forumlar təşkil edir. Dünyanın məşhur maliyyə informasiya agentlikləri ən azı öz internet səhifələrində İslam Maliyyəsi üzrə ayrıca bölmələr yaradır. Dünyaca məşhur və nüfuzlu Bloomberg agentliyi isə İslam Maliyyəsi üzrə silsilə şəklində “Faith & Finance” proqramları yayınlayır. Audit üzrə “böyük dördlük” İslam Maliyyəsi və onun ayrı – ayrı sektorları üzrə illik qlobal hesabatlar hazırlayır və bu sahədə xüsusi təsis edilən komandalar vasitəsilə çeşidli xidmətlər göstərir. Dünya Bankı 2009 və 2011 – ci illərdə İslam Maliyyəsi üzrə təsis etdiyi müxtəlif tədqiqat qrupları vasitəsilə AAOIFI və IFSB kimi qurumlarla geniş əməkdaşlıq edir. Beynəlxalq Valyuta Fondunun ekspertləri İslam Maliyyəsi üzrə tədqiqat və analitik xarakterli nəşrlər çap edir və öz internet saytı vasitəsilə dünyaya yayır. Statistik rəqəmlər və hesabatlar haqqında əvvəlki paraqraflarda kifayət qədər məlumat verildiyi üçün, bu paraqrafda bazarla bağlı rəqəmlərə demək olar ki, toxunulmayacaq. Bu paraqrafın əsas məqsədi qlobal maliyyə böhranına İslam Maliyyə Sistemi prizmasından baxmaq və İslam Maliyyə prinsiplərinin xüsusilə də böhrandan sonra daha da qabarıq gözə çarpan öz üstünlükləri ilə dünyaya nə verə biləcəyini müzakirə etməkdir.

Bu məqsədlə ilk öncə böhranın tarixinə qısaca nəzər yetiriləcək. Sonra böhranın ümumi qəbul edilmiş səbəbləri haqqında məlumat veriləcək və İslam Maliyyəsinin üstünlükləri müzakirə ediləcəkdir. Növbəti hissələrdə baynəlxalq reytinq agentlikləri və qlobal maliyyə institutları haqqında tənqidi məqamlar nəzərə çatdırılacaq. Sonda isə qərb dairələrində İslam Maliyyəsi haqqında yer alan fikirlər təqdim olunacaq.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin