Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə21/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   17   18   19   20   21   22   23   24   ...   162
2.2 İslamda Ticarət
İslamda sələm şiddətlə qadağan olunsa da, ticarət halaldır. Bununla belə, İslamın ticarət anlayışına da yanaşması müəyyən qədər fərqlidir. Əvvəlcə İslam Fiqhindən (İslam Hüquq Sistemi) çıxarış şərti ilə ticarətin qaydalarına nəzər salaq:

• Mal satış zamanı mövcud olmalıdır. Mövcud olmayan bir malı satmaq olmaz.

• Mal satış zamanı satıcının mülkiyyətində olmalıdır. Yəni, sahib olmadığın bir malı satmaq olmaz. Muhəmməd peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) hədisində bildirir: “Sahib olmadığınız (mülkiyyətinizdə olmayan) malı satmayın!” (Mənbə: Abu Davud, ən-Nasa’i, Ibn Maca, Tirmizi)

• Satıcı satış zamanı mala fiziki olaraq sahib olmalıdır. Məsələn, mal hətta hüquqi olaraq satıcının mülkiyyətinə keçsə belə, amma satıcının ərazisinə təchiz olunmayıbsa bu satış qadağandır.

• Mal spesifik olaraq identifikasiya oluna bilən olmalıdır. Məsələn, əgər satıcı mülkiyyətində olduğu binadan hər hansı bir mənzili alıcıya satacağını bildirirsə və bu halın üzərinə əqd bağlanırsa, belə satış qadağandır.

• Satılmış malın alıcıya təchiz olunması aydın olmalı və şansdan asılı olmamalıdır. Məsələn, tapılacağı ümidi ilə oğurlanmış bir malın satılması və alınması qadağandır.

• Satış şərtsiz olmalıdır, şərtli satış qadağandır. Məsələn, hər hansı şəxs bir malı alıcıya onun oğlunu işə götürmək müqabilində satarsa, belə satış qadağandır.

• Məhsulun qiyməti məlum və dəqiq olmalıdır.

• Satılan mal haram olmamalıdır, yəni İslamın qadağan etdiyi fəaliyyət sahələrini əhatə etməməlidir. Məsələn, donuz əti kimi və s.

Gördüyümüz kimi Muhəmməd peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) “Sahib olmadığınız (mülkiyyətinizdə olmayan) malı satmayın!” deyir. Deməli, İslam yalnız sahib olunan malları satmağa icazə verir. Amma bildiyimiz kimi, mövcud qlobal iqtisadi sistemdə “shortselling” və derivative maliyyə alətləri (futures, options) vasitəsilə rahatlıqla sahib olmadığımız və hətta mövcud olmayan məhsulları tranzaksiya etmək mümkündür.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin