Ağayev Samir


Pul və Əmtəə anlayışına fərqli yanaşma



Yüklə 1,34 Mb.
səhifə18/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   14   15   16   17   18   19   20   21   ...   162
2.1 Pul və Əmtəə anlayışına fərqli yanaşma
Biz İslam Maliyyə Sistemi və ya İslam İqtisadi Modelinin fərqliliyinə dair qazetlərdə, jurnallarda, internet saytlarında dərc olunan müxtəlif məqalələrə nəzər yetirdikdə görürük ki, bu sistemin ənənəvi sistemdən əsas fərqləri sadalanarkən bir qayda olaraq İslam Sisteminin “faizsiz”, “ğərar/gimar və maisirsiz” bir sistem olduğu, ”mənfəət və zərərə şərik (PLS - Profit and Loss Sharing)” prinsipi və ticarət qaydaları üzərində qurulan bir model olduğu vurğulanır. Təbii ki, bütün bunlar iki sistem arasında başlıca element fərqlərindən hesab olunur. Lakin, bu elementlərin təfsilatına keçməzdən əvvəl İslam İqtisadi Modelini digər modellərdən fərqləndirən bazisləri, fundamental konseptual yanaşmaları bilmək lazımdır. İslam İqtisadi Modeli və İslam Maliyyə Sistemi sahəsində geniş tətqiqatlar aparmış məşhur alim Muhamməd Taqi Usmani qeyd edir ki, İslam İqtisadi Modelinin klassik iqtisadi modellə əsas fərqi “pul” və “əmtəə” anlayışları arasında olan fərqlərdir, daha doğrusu İslamın bu anlayışlara klassik modeldən fərqli yanaşmasıdır. Əvvəlcə hər iki sistemin “pul” anlayışına yanaşma və ya “pul”u şərh etmə tərzinə nəzər salaq.

İqtisadi təhsili olan hər bir kəs pulun funksiyaları və iqtisad elminin “pul”u necə şərh etdiyi haqqında məlumatlıdır. Biz bilirik ki, pulun müəyyən funksiyaları var. Pulun əsas funksiyası “dəyər ölçüsü və mübadilə funksiyası”dır. İslam da pulun məhz bu funksiyasını qəbul edir. Yəni İslama görə pul dəyər ölçüsü və mübadilə vasitəsidir. Bu məsələyə bir az sonra yenidən qayıdacağıq. Lakin, İslamdan fərqli olaraq klassik iqtisad elmi “pul”a həm də “əmtəə” kimi baxır. İqtisad elmində “pul”un tərifinə nəzər salaq: “Pul, ümumi ekvivalent rolunu oynayan spesifik əmtəədir.” Açıq – aydın göründüyü kimi, klassik iqtisad elmi pulu həm də əmtəə kimi şərh edir.

Indi isə “pul” və “əmtəə” anlayışlarına İslam prizmasından baxaq. Artıq qeyd etdik ki, İslama görə pul dəyər ölçüsü və mübadilə vasitəsidir. İslam mənbələrində pulun tərifini ilk dəfə olaraq Hasan al Basri vermişdir. O, pul haqqında belə deyirdi: “pul insanı tərk etməyincə onu faydalandırmır (və ya pul özü-özlüyündə faydasızdır yalnız insanı tərk etdikdə onu faydalandırır).” Buradan aşağıdakı nəticələr meydana gəlir.

• Pul məqsədə çatmaq üçün vasitədir, lakin pul öz – özlüyündə məqsəd deyil.

• Pulun özünün xüsusi dəyəri / faydası yoxdur, yəni yeyilmir, içilmir, geyinilmir və ya istifadə olunmur.

Əmtəənin isə xüsusi dəyəri var və əmtəə mübadilə olunmadan da insanı faydalandıra bilir. Bundan başqa əmtəə puldan fərqli olaraq spesifik şəkildə identifikasiya oluna bilir. Məsələn, alıcı hətta eyni markadan hər hansı bir avtomobil aldıqda, o, məhz bəyənib seçdiyi həmin avtomibili almaqda haqqlıdır. Lakin, satıcı, satdığı hər hansı bir məhsula görə və ya məsələn göstərdiyi 100 AZN-lik xidmətə görə pulu (100 AZN-i) qəbul etdikdə, alıcı ona istənilən bir 100 AZN-lik əskinazı verə bilər. Bundan başqa, əmtəə və pul arasında keyfiyyət fərqi də vardır. Məsələn, köhnə və əzilmiş 100 AZN-lik əskinaz ilə təzə və parıltılı 100 AZN-lik əskinaz eyni dəyərdədirlər və sahibi üçün eyni faydalılığı daşıyırlar. Lakin eyni markadan olan yeni BMW avtomobili köhnə və əzilmiş BMW avtomobilindən daha yaxşıdır.

İslam alimlərindən Əl – Qəzali, İbn Teymiyyə1, İbn Qeyyim də pulun yalnız mübadilə vasitəsi və dəyər ölçüsü funksiyalarının olduğunu bildiriblər.

Ən diqqətə layiq məqamlardan biri də odur ki, Muhamməd Taqi Usmaninin araşdırmalarına görə Əl – Qəzali pulun nəzəriyyəsini və tərifini verəndə, qərbdə pul haqqında heç bir nəzəriyyə yox idi, yəni pulun mübadilə vasitəsi olduğunu tarixdə ilk dəfə olaraq Əl – Qəzali bildirmişdir. Əl – Qəzalinin pul haqqında fikirləri çox maraqlıdır. Qısa da olsa, onun fikirlərini qeyd etmək çox faydalı olardı. Əl – Qəzali pul haqqında aşağıdakı fikirləri bildirib:

Dirhəm və Dinarın yaradılması Allahın mərhəmət əlamətlərindən biridir. Onlar özlüyündə xüsusi faydalılığı olmayan şeylərdir. Lakin hər bir kəsin ona ehtiyacı var, çünki, hər bir kəsin geyinmək, yemək və s. ilə bağlı məhsullara ehtiyacı var. Çox vaxt, insanların malik olmadıqlarına ehtiyacları olur və ya əksinə, malik olduqlarına ehtiyacı olmur. Belə halda mübadilə əməliyyatları qaçılmazdır. Bunun üçün də ümumi bir ölçü vahidi lazımdır.

Beləliklə bu məhsulların dəyərini ölçmək üçün vasitə lazımdır, ona görə də Allah Dinar və Dirhəmi yaradıb. Dinar və Dirhəmin dəyər ölçüsü kimi çıxış etməsi onu göstərir ki, bunlar (Dinar və Dirhəm) özlüyündə məqsəd deyil. Beləliklə, bunlara (Dinar və Dirhəmə) sahib olan, hər şeyə sahib olur. Çünki, yalnız paltara sahib olan yalnız paltara sahibdir və onun qidaya ehtiyacı yaranarsa qida sahibi paltarı onunla mübadilə etməyə razı olmaya bilər. Ona görə elə bir şeyə ehtiyac var ki, özlüyündə heç nədir, lakin mahiyyət etibarilə hər şeydir. Məsələn, güzgünü götürək, rəngi yoxdur, amma bütün rəngləri əks etdirir. Pul da belədir, özlüyündə məqsəd deyil, lakin bütün məqsədlərə aparan alətdir.

Beləliklə, kim pulu öz məqsədindən kənar istifadə edirsə, Allahın qanunlarına məhəl qoymur. Ona görə kim pulun özü ilə ticarət edirsə, onun (pulun) yaradıldığı məqsədə zidd hərəkət edir və ədalətsizliyə səbəb olur.”

Göründüyü kimi, Əl – Qəzali pulun nəzəriyyəsini mükəmməl şəkildə müəyyən edib. Ondan əsrlər sonra gələn qərb iqtisadçılarının demək olar hamısı pulun mübadilə vasitəsi və dəyər ölçüsü olduğunu təsdiqləyiblər. Lakin Əl – Qəzalidən fərqli olaraq onların əksəriyyəti pulun əsl təyinatının nə olduğunu bildirməyiblər. Bəlkə də ona görə bu gün, kapitalist dünyasında pul həm də əmtəə kimi qəbul edilir.

İslam aləmində çox nüfuzlu təşkilat olan İslam Fiqh Akademiyası da 1985 – ci ildə Məkkədə keçirilən konfransda kağız pullara dair qəbul edilən 6 nömrəli qətnamədə pulun əsas funksiyasının mübadilə funksiyası olduğunu vurğulayıb. Qətnamədə deyilir ki, kağız pullar qızıl və gümüşü əvəz etməsinə rəğmən mübadilə funksiyası daşıyır. Həmçinin qeyd edilir ki, özünün xüsusi dəyərinin olmamasına rəğmən kağız pullar yığım və dəyər ölçüsü funksiyasını da yerinə yetirir. Sonda isə xüsusi olaraq vurğulanır ki, qızıl və gümüşə aid qaydalar kağız pullara da şamil olunur, ona görə də kağız pullardan da zəkat tutulmalıdır və kağız pullar da ribavi elementdir.1

Artıq məlum oldu ki, İslam “pul”a “dəyər ölçüsü və mübadilə vasitəsi” kimi baxır. Klassik iqtisad elmi isə “pul”a həm də əmtəə kimi baxır ki, bu da İslamın “əmtəə” anlayışına ziddir. Göründüyü kimi, İslam “pul” və “əmtəə” anlayışlarına daha real və məntiqli yanaşır. Məhz klassik iqtisad elminin pula həm də əmtəə kimi baxması sələmçiliyə (faizçiliyə) geniş meydan yaradır ki, bu element (faiz) üzərində də mövcud ənənəvi maliyyə sistemi qurulub. İslamda isə sələm şiddətli qadağalardan hesab olunur. Sələmin haram olmasına dair Qurandan və Muhəmməd peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) hədislərindən dəlilllərə nəzər yetirək.



Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!( Ən –Nisa 161)2

Sələm (faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin