Ağayev Samir


İslamda bəzi iqtisadi fəaliyyət növləri



Yüklə 1,34 Mb.
səhifə26/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   22   23   24   25   26   27   28   29   ...   162
2.7 İslamda bəzi iqtisadi fəaliyyət növləri
İndi isə İslamda bəzi iqtisadi və ya ticari fəaliyyətlərə nəzər salaq. Məlum oldu ki, Allah ticarəti halal edib. Bundan başqa İslamda iqtisadi fəaliyyətin müxtəlif forma və üsulları mövcuddur. Bunlara misal olaraq MudarabahMuşarakah – ı qeyd etmək olar.

Mudarabah mənfəətə şərik prinsipi ilə həyata keçirilən kommersiya fəaliyyəti növüdür. Bu zaman sərmayəsi olan bir tərəf kapital yatırır, yaxşı biznes ideyası olan, lakin sərmayəsi olmayan digər tərəf isə işi həyata keçirir. Sərmayəçi rabbul mal (yəni malın sahibi), ikinci tərəf isə mudarib adlanır. Belə halda mənfəət tərəflər arasında əvvəlcədən razılaşdırılmış şəriklik paylarına uyğun nisbətdə bölüşdürülür. Əgər zərər baş verərsə, o zaman rabbul mal kapitalını itirir, mudarib isə yalnız vaxtını və tətbiq etdiyi əməyi itirir.

Muşarakah mənfəət və zərərə şərik prinsipi ilə həyata keçirilən kommersiya fəaliyyəti növüdür. Bu zaman hər iki tərəf kapital yatırır və hər iki tərəf biznesin idarəedilməsində iştirak edir. Mənfəət də, zərər də əvvəlcədən müəyyənləşdirilmiş şəriklik paylarına uyğun olaraq bölüşdürülür. Şəriklik payları adətən ilkin tətbiq olunan kapitala görə (equity investment) müəyyənləşir. Lakin, müxtəlif məzhəblərdə Mənfəət və Zərərə şərikliyə müxtəlif yanaşmalar var. Hənəfi və Hənbəli məzhəbləri hesab edir ki, zərər tətbiq olunan ilkin kapitala (sərmayə) uyğun olsa da, mənfəətin bölgüsü tərəflərin öz aralarında razılaşma nəticəsində müəyyən oluna bilər. Lakin Maliki və Şafi məzhəbləri hesab edir ki, zərər də, mənfəət də ilkin tətbiq olunan kapitala uyğun olaraq bölünməlidir.

Muşarakah zamanı investisiya olunan kapitalın növü haqqında da İslam alimləri arasında müxtəlif rəylər var. Lakin, cumhur rəy ondan ibarətdir ki, investisiya olunan kapital pul formasında və ya likvid formada olmalıdır. Yəni, məsələn, korporasiyanın səhm kapitalı pul formasında olmalıdır, natural formada ola bilməz. Lakin əks mövqedə olan alimlər də var. İmam Malik hesab edir ki, kapitalın likvidliyi Muşarakahnın qüvvədə olması üçün əsas şərt deyil. Kapital natural formada da ola bilər. Bu halda şəriklik payı natural formada olan həmin o aktivin cari bazar qiymətlərilə müəyyənləşir. Abu Hənifə və İmam Əhməd isə iddia edir ki, kapital yalnız likvid formada olmalıdır. Onların əsas arqumentləri təxminən belədir: Fərz edək ki, Fərid və Şakir şərikli biznes qurmaq istəyirlər. Onların hər biri biznesə bir avtomobil investisiya edir. Belə halda onların hər birinin avtomobili idendifikasiya oluna biləndir. Yəni Fəridin avtomobili satılarsa, onda gəlir Fəridə aiddir, çünki bu onun mülkiyyətçilik hüququndan əldə olunan faydadır, gəlirin bir hissəsi Şakirə verilə bilməz. Paralel olaraq deyə bilərik ki, Şakirin avtomobilinin satışından əldə olunan gəlir də yalnız Şakirə məxsusdur. Ona görə də şəriklərin payı dəqiq idendifikasiya oluna bildiyi üçün Muşarakah baş tutmur. Lakin kapital pul formasında olarsa, o zaman Muşarakah qüvvədə olur, çünki pul əmtəədən fərqli olaraq dəqiq identifikasiya oluna bilmir.

Həmçinin şəriətdə İcara (bildiyimiz icarə), Salam və İstisna əməliyyatları vasitəsilə də gəlir qazanmaq yolları mövcuddur. Bütün bu əməliyyatlar və üsullar haqqında müvafiq paraqraflarda bəhs ediləcək.

Qeyd etmək lazımdır ki, belə fəaliyyət üsulları İslam qaynaqlarında mövcud olsa da, şəriət fərdlərə onlardan hansısa birini mütləq qaydada seçmək və ya tətbiq etmək kimi bir öhdəlik müəyyənləşdirməyib. Zamana, məkana və şərtlərə görə fərdlərin istədiyi bir ticari və ya iqtisadi fəaliyyət növünü seçmək hüququ var.


Yekun
Məlum oldu ki, İslam İqtisadi Modeli öz əsaslarına görə digər modellərdən müəyyən istiqamətlərdə fərqlənir və bu fərqlər İslamı çox spesifik edəcək qədər önəmlidir. Şəriətin pul və əmtəə anlayışlarını nisbətən fərqli şərh etməsi, ticarətdə müəyyənləşdirdiyi dəqiq qaydalar, borc məsələlərinin şərii olaraq necə tənzimlənməsi, fərdlərin mülkiyyətinə fərqli yanaşma kimi məqamlar İslamı ayrıca bir iqtisadi model kimi formalaşdırır.


  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin