Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə90/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   86   87   88   89   90   91   92   93   ...   162
7.6 Takaful rəqəmlərdə

Qlobal Miqyasda Takaful aktivlərinin həcmi 2011 – ci ildə 16.5 mlrd dollar təşkil edib. Ernst & Youngın hesablamalarına görə bunun təqribən 4.5 mlrd dolları takafulun məcburi sığorta forması olduğu İranın payına düşür.



The Banker jurnalının hesablamalarına görə isə qlobal miqyasda takaful aktivlərinin total dəyəri 2011 – ci ildə 25 mlrd. dollar təşkil edib. Malaziya və İran müvafiq olaraq 9.9 və 4.2 mlrd dollar göstərici ilə bu sahədə dünya liderləridir. Səudiyyə Ərəbistanı və BƏƏ müvafiq olaraq 3.2 və 1.5 mlrd. dollar göstərici ilə növbəti pillələrdədilər. Ümumiyyətlə yuxarıda adı çəkilən bu 4 dövlət qlobal miqyasda takaful bazarında 90%-dən çox paya malikdir. Nisbətən daha kiçik takaful bazarları olan Bəhreyn, Qətər, Banqladeş, İndoneziya, Sudan, İoradniya və Küveyt dövlətlərində isə bu göstərici 100 mln dollar ilə 500 mln dollar arasında dəyişir.

Takaful artıq qeyri – İslam ölkələrində də yayılmağa başlayır. Məşhur HSBC bankının İslam strukturu olan HSBC Amanahnın təklif etdiyi evlərin sığortalanması xidməti İngiltərədə əsas takaful vasitəsi hesab olunur. 2


Yekun
Müasir zamanda Takaful artıq yalnız nəzəri bir konsepsiya deyil, eyni zamanda İslam Maliyyə Sistemində praktiki olaraq tətbiq olunan bir maliyyə alətinə çevrilib. Bunu yuxarıda təqdim edilən statistik göstəricilərdən də asanlıqla müşahidə etmək olur. Təbii ki, bu göstəricilər ənənəvi sığorta sisteminin göstəriciləri ilə müqayisədə çox cılız rəqəmlərdir. Lakin, ənənəvi maliyyə sisteminin məlum böhranı, ənənəvi sığorta sisteminin ciddi zədələnməsi və eyni zamanda İslam Maliyyə Sisteminin analoqu olmayan templərlə artımı fonunda takaful yaxın gələcəkdə böyük perspektivlər vəd edir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin