Ağayev Samir


Takaful və müxtəlif modelləri



Yüklə 1,34 Mb.
səhifə87/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   83   84   85   86   87   88   89   90   ...   162
7.3 Takaful və müxtəlif modelləri
Yuxarıda da qeyd edildiyi kimi, sığortalanmaq əqidə nöqteyi nəzərindən Allahın qərarlarını sorğulamaq kimi dəyərləndirilir. Lakin fiqh (İslam hüququ) nöqteyi nəzərindən bu bir qədər fərqlidir. Şəriət insanların dar günləri üçün azuqə yığmasında, ehtiyat tədbirləri görməsində heç bir məhdudiyyət müəyyənləşdirməyib. Hətta Muhəmməd peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) hədisində açıq-aşkar bildirir ki, sizin ailənizə var-dövlət qoymağınız onları başqalarına möhtac buraxmaqdan daha yaxşıdır. Göründüyü kimi, ehtiyat tədbirləri görməkdə heç bir problem yoxdur. Ənənəvi sığortaya alternativ olan İslam sığorta modeli Takaful da bu prinsip üzərində qurulub.

Takaful “zəmanət”, “təmin etmək” və ya “bir kəsin qayğısına qalmaq” mənalarını verən ərəb köklü kafala (və ya kəfələ) sözündən götürülüb, birgə qorunmaya və zəmanətə əsaslanır. Mexanizm olaraq Takaful, sığortalanan tərəflərin könüllü olaraq bir-birinə yardım məqsədilə, təhlükələrə və zərərlərə qarşı eyni fonda ödənişləri ilə reallaşır. Bu fond, müəyyənləşdirilmiş qonarar qarşlılığında takaful operatoru adlanan iştirakçı tərəfindən şəriətə müvafiq qaydada (riba, ğərar, qimar və maisirdən təcrid olunaraq) idarə olunur. Takaful mexanizmi əsasən Vakala üzərində qurulur. Burada Takaful operatoru Vakil adlanır. Sığortalanan tərəflərin məruz qaldığı zərər bu fond vasitəsilə kompensasiya edilir. Həmçinin, fonda yığılmış əlavə mənfəət də əvvəlcədən müəyyən edilmiş qaydada sığortalanan tərəflər arasında bölünə bilər. Takaful modelində sığortalanan tərəflər həm də sığorta edənlərdir. Yəni bu fond bütövlükdə sığorta olunanlara məxsusdur. Bu da öz növbəsində qimar və maisirdən yayınmağa imkan verir.

Vakala modeli üzərində qurulan Takafulda operator (vakil) fondun zərərlərində və ya investisiya itkilərində hər hansı bir şəkildə iştirak etmir. Burada fondun mənfəət və zərəri iştirakçılar (sığorta olunanlar) arasında fonda ödədikləri yardımlara proporsional olaraq bölüşdürülür. Fondda yığılan vəsaitlər iştirakçıların zərərlərini ödəməyə kifayət etmədikdə, operator fondu qard adlanan faizsiz borcla təmin edir.

Takaful həmçinin mudarabah üzərində də qurula bilər. Bu model, tək iştirakçıların öz aralarında deyil, həmçinin operatorla iştirakçılar arasında mənfəətin bölüşdürülməsini nəzərdə tutur. Operator həm təkaful fondunun qalıq vəsaitlərinin, həm də investisiya gəlirlərinin bölüşdürülməsində əvvəlcədən razılaşdırılmış nisbətdə pay sahibi olur. Vakala modelində olduğu kimi, burada da fondun vəsaitlərində kəsir yarandıqda, qard adlanan faizsiz borc ödənilməsi operatorun öhdəliyidir.

Yuxarıda da deyildiyi kimi, Takafulda artıq vəsaitlər qalarsa, bu vəsaitlər sığortalanan tərəflər arasında bölünür. Müəyyən müddət ərzində tərəflərdən biri zərərə məruz qalıbsa, sonda artıq vəsaitlərin bölgüsü zamanı bu tərəf öz payını digər tərəflər kimi proporsional olaraq almır, çünki bu müddət ərzində sığorta hadisəsi baş verib və o fonddan yardım alıb. Əgər sığorta hadisəsinə görə onun aldığı yardımın məbləği fonda ödədiyi yardımın məbləğindən çoxdursa, onda bu iştirakçıya artıq vəsaitlərin bölgüsündən heç bir pay düşmür. Əgər sığorta hadisəsinə görə edilən yardımın məbləği fonda ödənilən yardımın məbləğindən azdırsa, onda bu iştirakçının artıq vəsaitlərin bölgüsündəki payı sığorta hadisəsinə görə ödənilən yardımın məbləği qədər azaldılır.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin