Ağayev Samir


İnsan Kapitalı və Kadr Problemləri



Yüklə 1,34 Mb.
səhifə93/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   89   90   91   92   93   94   95   96   ...   162
1.2 İnsan Kapitalı və Kadr Problemləri
İslam Maliyyə Sisteminin qarşısında duran digər bir maneə insan kapitalı ilə əlaqəlidir. Ümumiyyətlə qlobal miqyasda İslam Maliyyəsi üzrə biliklərə və bacarıqlara malik mütəxəssilər ənənəvi maliyyəyə nisbətdə azdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün universitetlər, profesional dərəcələr təklif edən institutlar son zamanlar İslam Maliyyəsi / Bankçılığı / Sığortası üzrə elmi dərəcəli akademik proqramlar, beynəlxalq kvalifikasiyalar yaradırlar.
1.3 Məzhəblər və Şəriət Konvergensiyası da böyük barierdir
Şəriət konvergensiyası İslam Maliyyə Sisteminin genişlənməsi qarşısında duran növbəti böyük maneədir. İslam Bankçılğı üçün hələ də vahid beynəlxalq standartlar müəyyən olunmayıb. Baxmayaraq ki, İslam Maliyyə İnstitutları üçün mühasibatlıq və audit standartlarını, şəriət və etik kodeksləri, kapital adekvatlığı direktivlərini müəyyənləşdirən AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) və IFSB (Islamic Financial Services Board) kimi təşkilatlar var, lakin bu standartlar hələ də bütün İslam Maliyyə İnstitutları üçün məcburi xarakter daşımır. Çünki, müxtəlif məzhəblərin müxtəlif maliyyə alətlərinə (maliyyələşmə üsullarına) baxışları müxtəlifdir. Bu da təbii olaraq vahid standartların yaranmasına maneçilik törədir. Fiqhi müxtəliflik xüsusilə də Malaziya və Ərəb dövlətləri arasında müşahidə olunur. Malaziya üçün halal hesab edilən Bai Al Dayn (borcun üçüncü bir tərəfə satılması)Bai Al İnah, ərəb dövlətlərində haram hesab edilir. Qeyd edək ki, Malaziyada Bai Al Dayn əsasında borcu təmsil edən (debt based) sukuklar (İslam istiqrazları) təkrar bazarda rahatlıqla tranzaksiya olunur. Lakin, AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) öz müvafiq standartında borcu təmsil edən (debt based) sukukların təkrar fond bazarında tranzaksiyasını haram hesab edir. Bu standarta görə yalnız payı təmsil edən (equity based) sukukların təkrar bazarda tranzaksiyası mümkündür. Digər bir böyük fərq Malaziyada İslam banklarının cari hesablara görə hədiyyə adı altında ödəniş etməsidir. Lakin, ərəb dövlətlərində bu praktika birmənalı qarşılanmır və bəzən haram da hesab olunur. Çünki, cari hesablar (tələb depozitləri) borcu təmsil edir və Muhəmməd peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) də dediyi kimi borcda hər bir artım ribadır. Ona görə yalnız investisiya hesabları üzrə mənfəət və zərərin bölüşdürülməsi prinsipi ilə ödəniş etmək məqbul hesab edilir. Malaziyada isə şəriət alimləri bunu əvvəlcədən sabit bir faiz təklif olunmadığı və əlavə ödənişə bank tərəfindən təminat verilmədiyi üçün halal hesab edir. Lakin, fərqlilik yalnız ərəb dövlətləri və Malaziya arasında deyil, hətta ərəb dövlətlərinin öz daxilində də müşahidə olunmaqdadır. Bir alim üçün haram hesab edilən maliyyə aləti digəri üçün halaldır. Burada mənfəət və zərərin bölüşdürülməsinə yanaşmadan tutmuş ixtilaflı Tavarruq alətinə qədər müxtəlif alimlərin müxtəlif rəyi var. Bəli, İslam Maliyyə Sistemində şəriətə müvafiqliyi ixtilaf mövzusu olan müəyyən maliyyə alətləri mövcuddur. Bunlar əsasən Bai Al İnahTavarruq alətləridir.

Bai Al İnah hər hansı bir məhsulu satıcıdan hissəli ödənişlə alaraq onu dərhal həmin satıcıya daha aşağı nəğd qiymətə satmağı nəzərdə tutan əməliyyatdır. Daha da anlaşıqlı olması üçün əməliyyatı sadə bir misalla təsvir edək. Məsələn, Vasim Rasimdən 100 AZN qiymətində olan malı kreditlə, yəni pulunu uzun müddətdə hissəli ödəniş şəklində ödəmək şərtilə alır. Dərhal sonra isə Vasim, həmin malı Rasimə 90 AZN qiymətinə nəğd olaraq satır. Bu əməliyyat demək olar əksər alimlər tərəfindən haram hesab olunub və haram olması peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) hədisi ilə də sabitdir.1 Çünki, burada açıq-aşkar riba müşahidə olunur, baxmayaraq ki, əməliyyat İslam qaydalarına uyğun olaraq aktiv bazisli (asset-based) əməliyyatdır. Bai Al İnah da Malaziyada geniş istifadə olunan bir alətdir. Malaziyada İslam əsasən Şafi məzhəbi üzərində qurulub. Şafi məzhəbinin bəzi alimləri bu tranzaksiyanı tərəflərin niyyətindən asılı olaraq caiz (icazəli) hesab edib. Onlar öz rəylərini İmam Şafinin misalları ilə izah etməyə çalışırlar. İmam Şafi deyirdi ki, əgər kişi qadınla qısamüddət üçün evlənməyi niyyət edibsə bu nigah haramdır, baxmayaraq ki, nigah özü özlüyündə halaldır və səhihdir. Şafinin digər bir misalı silah satanın hökmü üzərində izah olunur. Əgər satış ədalətsiz ölüm üçün nəzərdə tutulubsa, haramdır, lakin əməliyyatın özü halaldır. Bu səbəbdən məzhəbin bəzi alimlərinə görə Bai Al İnah satışında da kim ribaya niyyət etməzsə əməliyyat səhih hesab olunur. Daha çox alim isə üçüncü tərəfin cəlb edilməsi ilə tranzaksiya olunan Bai Al İnahın xüsusi bir forması olan Tavarruq satışını caiz (icazəli) hesab edir.

Tavarruq, texniki olaraq hər hansı bir məhsulu hissəli ödənişlə almaq və onu dərhal nəğd vəsait qarşılığında aldığı qiymətdən daha ucuz qiymətə üçüncü bir tərəfə satmaqdan ibarətdir. Anlaşılması üçün, bu əməliyyatı da sadə bir misalla izah edək. Məsələn, Vasim Rasimdən hər hansı bir malı 100 AZN qiymətinə kreditlə (hissəli ödənişlə) alır və onu dərhal nəğd şərtilə 90 AZN qiymətində Şakirə satır. Göründüyü kimi, Tavarruq Bai Al İnahdan üçüncü tərəfin cəlb edilməsi ilə fərqlənir. Tavarruq likvidlik problemlərinin həllinə yönəlib. Tavarruq vasitəsilə banklar müştərilərinə likvidlik imkanları yaradır. Həmçinin banklar özləri də likvidlik problemlərinin həlli üçün Tavarruqdan istifadə edirlər. Tavarruq əksər alimlər, o cümlədən Abu Hənifə, Abu Yusuf, Şafi və Əhməd kimi nüfuzlu alimlər tərəfindən icazəli hesab edilib. Lakin, Tavarruq bir neçə nüfuzlu alim tərəfindən qadağan da edilib. İbn Teymiyyə və İbn Qeyyim kimi alimlər Tavarruqu qadağan edib. Çünki, onlar iddia edirdilər ki, burada əsas məqsəd ticarət deyil. İbn Teymiyyə qeyd edib ki, ribanın (faizin) effektiv səbəbi özünü tavarruqda biruzə verir. Şəriət harama aparan bütün qapıları bağlayıb. Tavarruqda hiyləgərlik və ribanı halallaşdırmaq cəhdləri var. Bundan başqa əməliyyat əvvəlcədən məlum olan zərərlə nəticələnir ki (çünki nəğd satış qiyməti kredit satışı qiymətindən aşağıdır), şəriət də zərərə qarşıdır.1 İbn Teymiyyənin tələbəsi olan İbn Qeyyim də Tavarruq haqqında qadağa mövqeyi tutur.2 Müasir dövrün məşhur alimlərindən olan İbn Baaz3 və Şeyx Useymin4 isə Tavarruqu icazəli hesab edib. Qeyd etmək lazımdır ki, sahəni tədqiq edən qeyri – müsəlman ekpertlər də Tavarruqun İslam İqtisadi Modelinin tələblərinə cavab vermədiyini vurğulayırlar.



Xüsusilə müasir zamanda ixtilafların əsas səbəbi kimi alimlərin iqtisadiyyat və maliyyə biliklərinin yetəri səviyyədə olmaması da həlledici rol oynayır. Amma bu sahədə Pakistan Mərkəzi bankı ilahiyyatçıların maliyyə treyninqlərini təşkil edərək maraqlı və önəmli addım atıb. Belə addımlar digər dövlətlərdən də gözlənilir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin