Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə104/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   100   101   102   103   104   105   106   107   ...   162
2.2 İnvestisiya Depozitləri
Əvvəlcə İslam Bankçılığında depozitlərin necə qəbul olunduğunu bir daha xatırlayaq. İslam Banklarında depozitlər iki böyük qrupa bölünür. Cari hesab (Current Account) və İnvestisiya hesabı (İnvestment Account). Cari Hesaba qəbul edilən vəsaitlər gəlirsiz hesab olunur, yəni bu hesablara görə heç bir mənfəət vəd edilmir. Bu depozitlər (tələb depozitləri də adlanır) İslam qaydalarına uyğun olaraq faizsiz borc şərtləri ilə qəbul olunur. Bu vəsaitlərin tam məbləğinin geri qaytarılacağına bank təminat verir. Vəsaitlərin çəkilməsinə icazə verilir. İnvestisiya hesabları – gəlirli depozitlər hesab olunur. Bu hesablar Mənfəət və Zərərə şərik prinsipi ilə fəaliyyət göstərir. Depozitor Rabbul Malinvestor, Bank isə Mudarib – Fund Manager kimi çıxış edir. Bank bu tip depozitlərin qəbulu zamanı depozitoru Mənfəət və Zərərin bölüşdürülməsi üçün istifadə olunan əmsal (formula) haqqında əvvəlcədən məlumatlandırır. Bu tip hesablar çox riskli hesab olunur və bank tərəfindən təminat verilmir. İnvestisiya depozitlərinin mövzu ilə əlaqəli problemi isə bu hesabların maliyyə hesabatlarında necə əks etdirilməsi sualıdır.

İnvestisiya depozitlərinin maliyyə hesabatlarında necə əks etdirilməsi həqiqətən maraqlı mövzudur və bu mövzu müəyyən mübahisələrə səbəb olmuşdur. Əksər alimlərin və İslam maliyyəsi ekspertlərinin fikirincə bu depozitlərin balans hesabatında (maliyyə vəziyyəti haqqında hesabatda) öhdəlik kimi əks etdirilməsi İslam qaydaları ilə ziddiyət təşkil edir. Çünki, bank (İslam bankı) bu vəsaitlərin qaytarılacağına təminat vermir. Lakin, digər tərəfdən əks cəbhədə olanlar isə iddia edir ki, əgər bu hesabların öhdəlik kimi əks etdirilməsi doğru deyilsə, onların kapital (equity) kimi əks etdirilməsi də doğru deyil. Çünki, investisiya hesabları sahiblərinə səhmlər kimi səs vermə hüququ vermir. Beləliklə, İslam Maliyyə İnstitutları üçün qlobal səviyyədə mühasibatlıq və audit standartlarını müəyyənləşdirən AAOIFI (Accounting and Auditing Organistaion for Islamic Financial Institutions) 1998-ci ildə hazırladığı Maliyyə Uçotu Standartında göstərdi ki, investisiya hesabları balans hesabatında xüsusi kateqoriya kimi təsnifləşdirilməli və müstəqil başlıq altında kapital və öhdəliklər arasında əks etdirilməlidir. Standart 1999-cu il Yanvar ayından qüvvədədir.

Lakin bu standart hələ də beynəlxalq səviyyədə yekdilliklə qəbul edilmədiyi üçün, həm də hər bir dövlət öz qanunvericilik bazasını və standartlarını tətbiq etdiyi üçün ayrı – ayrı ölkələrdə fəaliyyət göstərən İslam Bankları hələ də çətinliklərlə üzləşirlər. Məsələn, Birləşmiş Krallıqda (Böyük Britaniya) fəaliyyət göstərən Islamic Bank of Britain (IBB) belə problemlərlə üzləşmişdi. UK Financial Services Authority (FSA) müəyyənləşdirmişdi ki, hətta investisiya hesabları da tam qaytarılmalıdır və bu bankın öhdəliyidir. Lakin, əgər depozitorlar istəsələr, könüllü olaraq (dindar olduqları üçün) bankın zərərini bölüşə bilərlər, yəni uğursuz investisiya nəticəsində, uduzmaq fonunda bu depozitləri tələb etməyə bilərlər. Bu hal uzun müddət bankın şəriətə müvafiq olmamasına dair müzakirələrə səbəb olmuşdu.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin