Ağayev Samir


Azərbaycanda İslam Maliyyə İnstitutları Qarşısında Duran Əsas Maneələr



Yüklə 1,34 Mb.
səhifə132/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   128   129   130   131   132   133   134   135   ...   162
3.6 Azərbaycanda İslam Maliyyə İnstitutları Qarşısında Duran Əsas Maneələr

Ümumiyyətlə bu tip bankingin və ümumilikdə İslam Maliyyə Xidmətlərinin Azərbaycanda tətbiqi üçün müəyyən əngəllər və eyni zamanda perspektivlər var. Azərbaycanda bu sahə qarşısında duran ən böyük əngəllər və çatışmazlıqlar aşağıdakılardır:

Azərbaycan Respublikasının Banklar haqqında mövcud qanunu. Bu qanuna görə Banklar ticarət fəaliyyəti ilə məşğul ola bilməzlər, ona görə İslam Bankçılığı praktikasında ən çox tətbiq olunan Murabaha maliyyələşmə üsulunun və digər əməliyyatların tətbiqi mümkünsüz olur. Eyni zamanda, qanun banklar, lizinq və sığorta şirkətləri istisna olmaqla banklara digər şirkətlərə investisiya etməyi qadağan edir. Bu isə Muşarakah və Mudarabah alətlərinin tətbiqini mümkünsüz edir. Bütün bu məqamlar Azərbaycanın Banklar haqqında qanununun 33 – cü maddəsində öz əksini tapıb.

• İndiki anda inanclarını praktikada da tətbiq edən insanların azlığı. Bu fakt İslam Bankçılığı üçün geniş bazar yaranması imkanlarını məhdudlaşdıra bilər.

• Azərbaycanda İslam Maliyyəsi üzrə biliklərə malik mütəxəssislər çox azdır. Bu sahə üzrə ciddi kadr çatışmazlığı var. Universitetlərdə İslam Maliyyəsi və Bankçılığı demək olar tədris olunmur.
3.7 TƏKLİFLƏR
Zənnimcə Azərbaycanda bu sahənin tətbiqi və inkişafı üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

• İslam Bankları haqqında ayrıca qanun qəbul olunmalıdır və ya mövcud qanuna müəyyən düzəlişlər edilməlidir.

• İslam Maliyyə Sisteminin tətbiq edildiyi dövlətlərin təcrübələri öyrənilməli və Azərbaycan üçün özünün spesifikası nəzərə alınmaqla ən uyğun olan model seçilməlidir. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankının tərkibində mütəxəssislərdən ibarət xüsusi qrup yaradılmalıdır.

• Universitetlərin tədris proqramına İslam Maliyyəsi dərsləri daxil edilməli və ayrıca İslam Maliyyəsi ixtisasları təsis edilməlidir .

• İslam Banklarının fəaliyyəti mövcud vergi rejimi nöqteyi nəzərindən ciddi araşdırılmalı və başlanğıc illərdə İslam Bankları üçün vergi güzəştləri tətbiq edilməlidir.

• İslam Bankları üçün xüsusi Mühasibat direktivləri hazırlanmalıdır.

• Cəmiyyətdə geniş miqyasda İslam Maliyyə Sisteminə dair maarifləndirmə işləri aparılmalıdır.

Nəzərə alsaq ki, Azərbaycanda həm vətəndaşların, həm də bankların ənənəvi formada hissəli ödənişlərlə bağlı praktiki vərdişləri və təcrübələri var, o zaman ilkin olaraq, Murabaha və İcara maliyyələşmə üsullarının tətbiqi Azərbaycan bazarı üçün münasib olardı.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin