Ağayev Samir


Borcun üçüncü bir tərəfə satılması



Yüklə 1,34 Mb.
səhifə141/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   137   138   139   140   141   142   143   144   ...   162
1.2.4 Borcun üçüncü bir tərəfə satılması
Məlumdur ki, mövcud maliyyə sistemində borclar təkrar fond bazarlarında rahatlıqla tranzaksiya olunur. Lakin İslam borcun təkrar bazarlarda (secondary markets) satılmasını qadağan edir. Amerika Birləşmiş Ştatlarında ipoteka böhranında geniş istifadə olunan CDO (Colleteralized Debt Obligation)MBS (Mortgage Backed Securities) borc öhdəliklərinin geniş tranzaksiyası bu mənada çox zərərli oldu.

1.2.5 Əxlaqi kodekslərin çatışmazlığı (Lack of ethics)
Böhranın səbəblərindən biri kimi göstərilir. Xüsusilə böhranın başladığı ABŞ-ın ipoteka bazarındakı böyük oyuçuların (investisiya banklarının) həddən artıq böyük mənfəət əldə etmək arzusu elə ABŞ-ın özündə ciddi tənqid olunan məqamlardandır. Çünki, korporativ maliyyə və ya maliyyə menecmentinin əsas məqsədi səhmdarların sərvətinin maksimumlaşdırılmasından və ya firmanın dəyərinin maksimumlaşdırılmasından, dolayısı ilə də mənfəətin maksimumlaşdırılmasından ibarətdir ki, bu məqsədi də banklar tamahkarlıqlarından daşınmaz əmlak bumu zamanı da ortaya qoymuşdular və bu niyyət də məlum hadisələrlə nəticələnmişdi. İslam İqtisadi Modeli isə əvəzində sosial məsuliyyətli etik investisiyaya əsaslanır və əsas məqsəd kimi mənfəəti maksimumlaşdırmağı deyil, şəriət çərçivəsində mənfəət əldə etməyi nəzərdə tutur.

Həmçinin İslam Bankçılıq modeli sosial sahəyə də daha çox xidmət edir. Biz İslam Banklarının maliyyə hesabatlarına nəzər salsaq görərik ki, onların hər biri cəmiyyətə, ətraf mühitə və sosial layihələrə yardımlar edirlər. Demək olar bütün İslam Banklarında xüsusi bir struktur – xeyriyyə fondu təsis edilir və bu fond vasitəsilə xeyriyyəçilik aksiyaları həyata keçirilir. Hətta fəaliyyətinin ilkin illərində İslam Bankları o qədər qeyri – kommersiya xarakterli sosial layihələr həyata keçiriblər ki, sistemdən xəbəri olmayan bəzi dairələr yanlış olaraq İslam Bankçılıq modelini, kommersiya xarakterli deyil, yalnız xeyriyyə məqsədli bir qurum kimi qəbul ediblər.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin