Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə139/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   135   136   137   138   139   140   141   142   ...   162
1.2.2 Maliyyə derivativləri
Yuxarıda da qeyd edildiyi kimi, maliyyə derivativlərinin həcmi real sektoru on dəfələrlə üstələyirdi və bu da böhranın əsas səbəblərindən biri idi. George Soros bildirir ki, maliyyə derivativləri hidrogen bombası kimidir. İslam isə maliyyə derivativlərini qadağan edir, çünki, maliyyə derivativləri özündə Ğərar (naməlumluq, yüksək risk, mövcud olmayan və mülkiyyətdə olmayan malların satılması), Qimar və Maisir (şans oyunu və asan qazanc) elementlərini cəm edir. Burada müqavilənin icra qiyməti ilə icra zamanı faktiki bazar qiyməti arasında fərq yaranır ki, bu fərqi də tərəflərdən biri əziyyət çəkmədən mənimsəyir. Üstəgəl maliyyə derivativlərindən investorlar daha çox spekulyasiya (gambling) məqsədləri üçün istifadə edirlər. Elə valyuta tranzaksiyalarının da əsas məqsədi spekulayasiyalardır. Qlobal miqyasda valyuta tranzaksiyalarının yalnız 5% - i əsl məqsədlər (məsələn ixrac-idxal əməliyyatları) üçündür, 95% isə spekulyasiya məqsədlərinə xidmət edir. Oksford universitetinin professoru John Gray özünün 'False Dawn' adlı elmi işində bunları qeyd edir: “Valyuta bazarlarında tranzaksiyaların gündəlik həcmi 1.2 trln dollara çatıb. Bu dünya ticarətindən 50 dəfə böyükdür. Bu tranzaksiyaların 95% - i isə yalnız spekulyasiya məqsədləri üçündür və çoxu da maliyyə derivativlərilə aparılır.

Əfsanəvi hedg investisiya fondu Long – Term Capital Management (LTCM) – in tarixi müflisləşməsi də derivativlərin təhlükəsi haqqında nümunədir.

1998 – ci ildə LTCM – in leverec əmsalı 50:1 idi. Cəmi bir neçə ay ərzində fondun leverec əmsalı 167:1 səviyyəsinə çatdı. Amerika Birləşmiş Ştatlarının ən sağlam kommersiya bankları LTCM - ə iri həcmdə borclar vermişdilər. Əgər son anda ABŞ LTCM – i xilas etməsəydi, bu, ABŞ maliyyə sistemi və qlobal maliyyə bazarları üçün ciddi böhrana səbəb ola bilərdi.

Burada George Sorosun 15 May 2008 – ci ildə jurnalist Judy Woodruffla Bloombergdəki maraqlı söhbətindən mövzu ilə əlaqəli bəzi məqamları qeyd etmək münasib olardı. Düzdür, Soros İslam Maliyyə Sistemi ilə bağlı bir şey söyləməsə də, mövcud sistem haqqında çox maraqlı fikirlər səsləndirib. Soros etiraf edir ki, mövcud sistem ideal deyil və qeyd edir ki, bunu dəfələrlə hər yerdə deyib. Həmçinin qeyd edir ki, “biz axır ki yanıla biləcəyimizi, yanılmağımızın mümkünlüyünü etiraf etməyi bacarmalıyıq.” Maliyyə derivativlərinin xüsusi forması “credit-default swap” haqqında Soros vurğulayır ki, “hal – hazırda bu bazarın həcmi 45 trln dollardır və tamamilə tənzimlənməyən bir bazardır.” Bu həmin o “credit-default swap”dır ki, Amerika Birləşmiş Ştatlarından başlayan böhranın səbəblərindən hesab olunur. Çünki, defolta qarşı sözdə belə bir sığortanın olması, CDO (Colleteralized Debt Obligation)MBS (Mortgage Backed Securities) alətlərinin ağılasığmaz səviyyədə tranzaksiyası ilə nəticələnmişdir.

Derivativlərin İslam Maliyyəsi prizmasından qəbul edilməyən əsas cəhətlərindən biri də odur ki, derivativlər riskin tamamilə digər tərəfə ötürülməsini nəzərdə tutur. İslam Maliyyə Sistemində isə riskin tamamilə qarşı tərəfə ötürülməsi yol verilməzdir. Əvəzində, İslam Maliyyə Sistemi riskin paylaşdırılması üzərində qurulub. Riskin ötürülməsi isə bütün maliyyə sistemini xəstəliklərə yoluxdura bilir, hansı ki, maliyyə böhranı zamanı bu, açıq şəkildə müşahidə olundu. İslam Maliyyə Sistemi isə bu konteksdə yoluxmalardan qoruna bilir.

Derivativlərin ən böyük zərərlərindən biri də, bu alətlərin mahiyyətinin ümumiyyətlə başa düşülməməsidir. Çünki, bu alətlər o qədər mürəkkəbdir ki, hətta ən yüksək səviyyəli maliyyəçilər və investorlar da başa düşmürlər ki, aldıqları aktiv nə üçündür, gəlir necə yaranır və risklər nədən ibarətdir. George Sorosun dedikləri də bunu təsdiq edir. Soros deyir ki, “o qədər çox sayda derivativ var ki, onlardan bəzilərinin mahiyyətini heç başa düşmək olmur. Onların bəziləri çox gizlidir və hətta yüksək səviyyəli investorlar da burada risklərin nədən ibarət olduğunu başa düşmür. Elə mən də onlardan biriyəm.İslam Maliyyə Sisteminin müdafiəçiləri də derivativ alətlərin başa düşülməməsini böhranın səbəblərindən biri kimi vurğulayırlar.

Burada Henry Fordun məşhur sitatını qeyd etmək də lap yerinə düşərdi: “Yaxşı ki, insanlar bizim bankçılığı və maliyyə sistemini anlamırlar. Əgər anlasaydılar, sabah səhər olmadan inqilab olardı.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin