1.3 Qlobal Maliyyə İnstitutları Mövcud qlobal maliyyə sistemində ən çox tənqid edilən məqamlardan da biri, qlobal maliyyə institutlarının fəaliyyətidir. Londonun keçmiş meri Ken Livingston iddia edirdi ki, qlobal kapitalizm Adolf Hitlerdən daha təhlükəlidir və Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qlobal maliyyə institutları kasıb dövlətləri borc verərək daha fəlakətli vəziyyətə salırlar. Bəzi iqtisadçılar belə halları mədəni işğal adlandırırlar. Borc üçüncü qrup ölkələri daima nəzarət altında saxlamağa imkan yaradır. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi təşkilatlar bu ölkələrin qanunvericiliyində dəyişikliklər vasitəsilə ölkə iqtisadiyyatlarını istədikləri kimi istiqamətləndirə bilirlər.
UNICEF – in hesabatına görə beynəlxalq borc böhranları və bu böhranların Beynəlxalq Valyuta Fondunun proqramları çərçivəsində idarəedilməsi nəticəsində 1980 – ci illərin sonlarında dünyada hər il 5 yaşdan aşağı 500000 (beş yüz min) uşaq ölüb.1