Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə76/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   72   73   74   75   76   77   78   79   ...   162
5.4 Valyuta Ticarəti
Maliyyə bazarları yalnız səhm və ya qiymətli kağızlar bazarından ibarət deyil. Bura həmçinin valyutalar da daxildir. İslam Maliyyə Sistemində valyutalarla əməliyyat üçün əsas direktiv isə əməliyyatların spot olmasıdır. Derivativlərlə (məsələn furures) əməliyyatlar qadağan olunur, çünki bu artıq məlum olduğu kimi Riba, Ğərar (naməlum davranışlar) və Qimar (şans oyunu) elementlərini özünə daxil edir.

Lakin qeyd etmək lazımdır ki, bu məqamlar valyuta ticarəti labüd olan hallar üçün nəzərdə tutulur. Məsələn, ixrac – idxal əməliyyatları, turizm məqsədləri və s. üçün valyuta mübadiləsi qaçılmazdır. Bu halda valyutaların mübadiləsi icazəlidir, lakin yuxarıda da qeyd edildiyi kimi əməliyyatların spot olması şərtilə. Sual olunur, bəs sırf spekulyasiya məqsədləri ilə valyutaların ticarəti icazəlidirmi? Bu barədə konkret bir mövqe olmasa da, səhih olan budur ki, belə fəaliyyətin əsl məqsədi İslam İqtisadi Modelinin tələblərinə cavab vermir. Yəni burada əsas məqsəd spekulyasiyadır, əməliyyatlar İslam İqtisadi Modelinin tələb etdiyi kimi real sektora heç bir fayda vermir. Çünki, burada investor konkret olaraq valyutaların mübadilə kurslarının dalğalanmasından mənfəət əldə etməyə fokuslanıb. Düzdür, sual oluna bilər ki, valyuta birjalarında oyunların İslami don geydirilmiş məhsulları vardır (məsələn muslim account adlandırılan faizsiz hesablar), lakin həmin məhsulların forma olaraq İslamlaşdırılması işin məzmununu dəyişmir – yəni bu fəaliyyət mübadilə kurslarının dalğalanmasından mənfəət əldə etməyi nəzərdə tutur ki, bu da real sektora heç bir faydası olmayan klassik spekulyasiyadır. Ona görə bu məsələdə valyuta birjalarında spekulyativ oyunlardan uzaq durmağı nəzərdə tutan rəy daha səhihdir və şəriətə müvafiqdir. İslam İqtisadiyyatı və İslam Maliyyə Sistemi sahəsində məşhur alim professor Monzer Kahf da spekulyasiya məqsədləri ilə valyuta birjalarında oyunlarla əlaqəli oxşar mövqedədir və bu barədə aşağıdakı fikirləri səsləndirir:



Bu tip fəaliyyətlər valyutalarla spekulyasiyadır. Bunun nə məhsuldar bir məqsədi var, nə də cəmiyyət üçün bir faydası var. Həmçinin sual olunur, burada mənfəət haradan yaranır? Mənfəət kiminsə zərərləri hesabına formalaşır. Ola bilsin ki, hesablar faizsiz olsun və əməliyyatlar fyuçerslərdən də kənar tutulsun (baxmayaraq ki, praktikada bu hala çox az rast gəlinir), lakin yenə də bu, əməliyyatın tam halal olmasına dəlalət etmir. Çünki, biz burada heç bir dəyər yaratmayan qeyri – məhsuldar bir tranzaksiyadan danışırıq. Ona görə mən belə spekulyasiyalardan istifadə etməyi məsləhət görməzdim.
Yekun
Məlum oldu ki, istiqraz vərəqələri (istər korporativ, istərsə də dövlət qiymətli kağızları olsun) İslamda qadağan edilir. Çünki, bu, İslam Kommersiya Hüququnun əsas qadağalarından olan faiz üzərində qurulub. Həmçinin, maliyyə derivativləri ilə də tranzaksiyalar qadağandır, ğərar, qimar və maisir elementlərini cəm etdiyi üçün. Müəyyən şərtlər təmin olunduqda səhmlərə investisiyalar isə icazəlidir, çünki səhmlər sahibinə mülkiyyətçilik hüququ verir və İslamın müəyyənləşdirdiyi kimi risk daşıyır. İxrac – idxal əməliyyatları, turzim məqsədləri və s. qaçılmaz məqamlar üçün valyutaların mübadiləsi icazəli olsa da, sırf spekulyasiya məqsədləri ilə valyuta bazarlarında əməliyyatlar İslam İqtisadi Modelinin tələblərinə cavab vermir.



  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin