Ağayev Samir


İnvestisiyaların şəriətə müvafiqliyinin qiymətləndirilməsi



Yüklə 1,34 Mb.
səhifə73/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   69   70   71   72   73   74   75   76   ...   162
5.1 İnvestisiyaların şəriətə müvafiqliyinin qiymətləndirilməsi
İslam Maliyyə Sistemində investisiyalar “etik investisiya” və ya “sosial məsuliyyətli investisiya” adlanır. İslam Maliyyə Sistemi maliyyə bazarlarında investisiyalar zamanı da məhdudiyyətlər müəyyənləşdirib. Şəriətlə sabit faiz ödənişi vəd edən borc qiymətli kağızları olan istiqrazlara investisiya etmək və bu istiqrazlarla hər növ dealing (tranzaksiya) qadağandır (haramdır). Eyni zamanda törəmə maliyyə alətləri olan derivativlər də (fyuçers, opsion və s.) qadağan olunur. İstiqrazlardan və derivativlərdən fərqli olaraq səhmlərə investisiya etməyə icazə verilir. Lakin, bunun üçün müəyyən şərtlərin təmin olunması lazımdır. Bu şərtlər aşağıdakılardır:

Şirkətin əsas biznesi halal olmalıdır. Məsələn, ənənəvi bankların, sığorta şirkətlərinin, spirtli içki, donuz əti, tütün məmulatları, pornoqrafiya məhsulları istehsal edən şirkətlərin səhmləri şəriətlə qadağan olunur.

• Şirkətin əsas biznesi halaldırsa bu halda səhmlərə investisiya etməyə icazə verilir. Amma, əgər şirkətin gəlirlərinin az bir hissəsi - məsələn 3%-i sələmdən (faizdən) gəlirsə, onda alimlərin fikrincə dividenlərin 3%-i xeyriyyə fondlarına verilməlidir. Bu halı təmizləmə (purification) termini ilə ifadə edirlər. Çünki, məlumdur ki, müasir zamanda şirkətlər nəğd vəsaitlərini qısamüddətli investisiyalar və maliyyə qoyuluşları şəklində (short-term investments) dövlət qiymətli kağızlarında saxlayırlar. Bunun nəticəsində də gəlirlərin müəyyən hissəsi faizin payına düşür. Hətta bəzi konservativ alimlər belə olduğu təqdirdə də (yəni əsas biznesin halal olması və gəlirlərin cüzi bir hisssəsinin faizdən gəlməsi halında da) bu şirkətin səhmlərinin alınmasını qadağan edir. Lakin, əks mövqedə olan alimlər üstünlük təşkil edir və onlar qeyd edir ki, dünyada demək olar elə bir şirkət tapmaq çətindir ki, artıq nəğd vəsaitlərini dövlət istiqrazlarında saxlamasın. Ona görə belə halda yuxarıda qeyd edildiyi kimi, purification şərtilə səhmlərə investisiya etmək olar. Ümumiyyətlə, beynəlxalq praktikada qəbul edilmiş normalara görə şəriətə müvafiq olmayan investisiyalardan gəlirlər ümumi dividendlərin 5%-dən az olmalıdır. Bu qayda Pakistan bankı Meezan Bank tərəfindən də müəyyənləşdirilib və bu, bankın şəriətə müvafiq investisiyaların seçilməsi zamanı əsas kriteriyalardan biri kimi istifadə olunur.

Faiz gəlirləri gətirən qiymətli kağızların (əsasən dövlət istiqrazları) məbləğinin bazar kapitallaşmasına nisbəti 33%-dən az olmalıdır. Bu kriteriya məşhur Dow Jones İslam Bazar indeksi tərəfindən müəyyənləşdirilib. Bu indeks haqqında az sonra daha detallı məlumat veriləcək. Meezan Bankda isə bu göstərici 45% - dir və kəsirin məxrəcində bazar kapitallaşması əvəzinə cəmi aktivlər indikatoru istifadə olunur.

Borcun bazar kapitallaşmasına nisbəti 33%-dən az olmalıdır. Bu kriteriya da Dow Jones İslam Bazar indeksi tərəfindən istifadə olunur.

Kapital artımındakı mənfəətdən (capital gain) yararlanmaq olar. Yəni səhmin alışı və satışı zamanı bazar qiymətləri arasındakı fərqdən yaranan mənfəət icazəlidir. Bəzi alimlər burada da purificationi zəruri hesab edir. Lakin, əksər alimlər faiz gəlirlərinin bazar qiymətindəki artıma hansı proporsiyada təsir dərəcəsini hesablamağın riyazi olaraq qeyri-mümkün olduğunu əsas gətirərək bunu lazımsız hesab edir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin