Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Günorta onların səngərinə raket düşdüyünü eşitdim. Ağa Şəmxani dedi ki, tez get, gör nə baş verib



Yüklə 8,06 Mb.
səhifə36/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
Günorta onların səngərinə raket düşdüyünü eşitdim. Ağa Şəmxani dedi ki, tez get, gör nə baş verib.

Dərhal özümü tibb məntəqəsinə çatdırdım. Dedilər ki, ağa Bəqayi və başqa bir neçə nəfər şəhid olub, Həsən Baqiri isə yaralanıb və onu Əndimeşkə xəstəxanaya aparıblar. Xəstəxanaya çatanda isə şəhid olduğunu dedilər. Əmin olmaq üçün yerini soruşdum. Bir xərək göstərdilər. Mələfəni kənara çəkəndə gördüm ki, özüdür. Ağa Şəmxaninin yanına qayıdıb şəhid olduğunu bildirdim".(Qeyd)1

Qədirəli əslində, əziz bir dostunu itirmişdi. Həsənin onunla münasibəti dost və ailə üzvü kimi idi.

"Məni həmişə öz yanında oturdurdu. Komandirlərlə iclas başlayanda bayıra çıxırdım, amma yemək vaxtı çağırıb yanında oturdurdu, mən yeməyincə dilinə heç nə vurmurdu. Çox vaxt gecə-gündüz işləyirdi. Bəzən səhərə qədər oyaq qalıb bölgəyə baxış keçirirdik. Yolumuzun üstündə məscid olsaydı, azana beş dəqiqə qalmış maşını saxlayır, ilk vaxtda namazını qılırdı. Məscid olmayanda da yolun kənarında qılırdı. Həmişə dəstəmazlı idi. Cəbhədə bir ay qalan kimi məni məzuniyyətə göndərirdi. Nə qədər israr edirdimsə, deyirdi ki, gərək ailənə baş çəkəsən. Bəzən özü məni Əhvazın avtovağzalına aparırdı. Mən də ailəsinin qulluğunda dururdum. Bəzən o demədən, onu qərargaha aparandan sonra qayıdıb alış-verişlərini edirdim".(Qeyd)2

Həsən Baqiri bəzi qonşularını, o cümlədən Maşallah İsmailini cəbhəyə aparmışdı. Baqiri onlar üçün elə uşaqlıqdan bir yerdə böyüdükləri Qulamhüseyn Əfşurdi idi. Qulamhüseyni ömrünün son saatlarında görənlərdən biri də Maşallah İsmaili idi.

"Yanvarın 29-da səhər çağı qərargahda idim. Qulamhüseyn Əfşurdi Hacı Məhəmməd Pişbaharla birgə bir konteynerin içində xəritə üzərində işləyirdilər. Qulamhüseyn üzünü mənə tutub dedi: "Hacı, yeməyə bir şeyiniz var?" Nə qədər axtardımsa, bir şey tapmadım. Dedim ki, burada bir şey qalmayıb, indi gedib Şəhid Çəmran yeməkxanasından çörəklə mürəbbə gətirərəm.

Maşına minmək istəyəndə işarə ilə bildirdi ki, lazım deyil. Bir qədər kifli çörək yığılmışdı. Bir neçə tikəsini götürdü, bıçağın ucu ilə kiflərini təmizləyib yedi. Sonra sağollaşdı və bir neçə nəfərlə birgə getdi. İki saat keçməmiş Əli Xürrəmdel motosikletlə gəldi. O, motosikletdən enib başını divara vururdu. Nə baş verdiyini soruşanda dedi ki, Qulamhüseyn Əfşurdi şəhid oldu".(Qeyd)1

Həmin gün korpus komandirləri Tehranda İmam Xomeyni ilə görüşürdülər.

"Həmin gün İmam Xomeyni ilə görüşə getmişdik. İlahi qəza və qədər də Həsəni Allahla görüşə apardı. Günortaya yaxın uşaqların mühüm bir hadisə haqda danışdıqlarını hiss etdik. Əvvəlcə dedilər ki, qardaş Bəqayi şəhid olub. Bəziləri deyirdilər ki, qardaş Həsən də orada olub. Sonra araşdırıb öyrəndik ki, hər ikisi birlikdə şəhid olublar. Bu xəbər bir dağ kimi başımıza çökdü. Hamımız bir yerdə idik: Qardaş Möhsün, Rəşid, Rəhim... Az qaldı məyusluq vücudumuzu sarsıltsın və böyük günah etmiş olaq, lakin bir əzadarlıqla və ağlamaqla tez xilas olduq. Müharibənin gələcəyi sual altında idi. Daha Həsənimiz yox idi, Kərbəla qərargahı komandirsiz qalmışdı. Müharibəni necə davam etdirəcəkdik?!" (Qeyd)2

İmam Xomeyni ilə görüşdən sonra bu acı xəbəri eşidən komandirlər arasında Əziz Cəfəri də vardı.

"Həsən Baqiri iki cinah axtarırdı ki, piyada qüvvələr gecə ikən hücuma keçəndə düşmən daha böyük itki versin. Bu, Həsən Baqirinin son təkidlərindən idi. Yadımdadır, birlikdə şimal istiqamətində, Eynxoşun qarşısında kəşfiyyat əməliyyatlarına başladıq. Kəşfiyyat zamanı qərarsız olurdu, bir an da oturub istirahət etməyə qoymurdu. Səhər yeməyinin ortasında deyirdi ki, qalx, gedək, gecdir. Planını çox tez bir zamanda korpus komandanına vermək, tezliklə əməliyyata başlamaq istəyirdi.

Kəşfiyyatın ikinci günündə Fəkkə ətrafına çatdıq. Kəşfiyyatı davam etdirmək istəyirdik, amma İmam Xomeyni ilə görüş imkanı yarandı. Komandirlərin bir qismi görüşə getməli idi. Həsən Baqiri mənim də getməyimi söylədi. Qərara gəldik ki, özü kəşfiyyatı davam etdirsin. Biz İmam Xomeyni ilə, o da imamın Allahı ilə görüşə getdi." (Qeyd)1

Komandirlər Həsənin şəhid olduğunu Möhsün Rzayiyə necə söyləyəcəklərini bilmirdilər. Ağa Möhsünün Həsən Baqirini nə qədər istədiyini hamı bilirdi.

"Əvvəlcə Həsənin şəhid olduğunu söyləmədilər. Dedilər ki, yaralanıb. Onun yaralandığını eşidən kimi sanki beynimdə bir partlayış baş verdi. Bir neçə saniyə adi halımdan çıxdım, özümü itirdim, mənəvi sarsıntı keçirmiş kimi oldum. Narahat idim ki, birdən şəhid olar və mənə deməzlər. Nəhayət, uşaqların hərəkətlərindən şəhid olduğunu anladım. Birdən məndə boşluq hissi yarandı. Elə bildim ki, müharibə həlledici mərhələyə çatıb və mən qollarımdan birini itirmişəm. Ondan sonra müharibəni necə davam etdirəcəyimizi təsəvvür edə bilmirdim".(Qeyd)1

Qulaməli Rəşid müharibənin əvvəlindən qolf meydanında Həsən Baqiri ilə işləmiş, komandirlər arasında hamıdan çox onunla ünsiyyətdə olmuşdu.

"1983-cü ilin 29 yanvarında əziz imamla görüşməyə getdik. Qardaşım Həsən Baqiri də Böyük Allahla görüşə tələsdi. O, Allah yolunda cihad yarışında bütün döyüş yoldaşlarından önə keçdi. Şəhid olandan sonra Dezfulda yaşadığı otağa getdim. Vəliəsr diviziyasının komandiri qardaş Rəufinin kirayə etdiyi mənzildə kiçik bir otaq idi. Həsənin həmin otaqdakı mülkü bir palazdan, iki ədyaldan və beşaylıq körpəsinin bir neçə paltarından ibarət idi. İslam ordusunun bu əziz komandirinin böyüklüyünə heyran oldum. O, olduqca sadə şəkildə yaşadı, amma Rəbbinin görüşünə əlidolu getdi".(Qeyd)


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin