Daha məruzəmi davam etdirməyə qoymayıb xəritəni yığışdırdı. Dediyim məsafədən məruzəmin səhv olduğunu bildi. Yenidən getmək istəyəndə qoymadı.
Birdən çayın suyu çoxaldı. Keçid məsələsini həll etməkdən ötrü çayın yanında dayandı. Qülləsiz bir tankı çayın içinə saldıq ki, döyüşçülər üstündən keçsinlər. Bir saat keçməmiş tank suyun altında qaldı. Döyüşçüləri BTR-lə keçirir, yaralıları Doyrəcin şərqinə aparırdıq. Suyun miqdarı anbaan artır, axını güclənirdi. Su canlı qüvvəni ikiyə böldü. Düşmənin bundan xəbəri yox idi. Düşmən qüvvələri özlərini itirib parçalandılar, əslində isə bizə böyük xəsarət yetirə bilərdilər. Kərbəla qərargahının komandirləri israrla Həsən Baqiriyə qayıtmasını söyləyirdilər, o isə ratsiya ilə dağılmış körpünün yanında dayanmışdı; həm əməliyyatı idarə edirdi, həm də körpü salmağa çalışırdı".(Qeyd)1
Həsən Baqiri sel gələndə bir an da döyüşçüləri yaddan çıxarmadı. O, hətta bir döyüşçünün canı qarşısında da böyük məsuliyyət hiss edirdi.
"Əməliyyat günü səhər çağı Həsən Baqirinin yanında idim. Bir maşına minib ratsiya ilə şəxsi heyəti idarə edirdi. Gecə güclü yağış yağıb çayı doldurmuşdu. Ertəsi gün döyüş yerinə doğru yollandıq. Əməliyyatdakı uşaqlar geri qayıdıb öz yerlərini yeni qüvvələrə verirdilər. Onlar çaydan keçərkən bir-birlərinin belindən tuturdular ki, su aparmasın. Bu əsnada bəsici uşaqların birinin əli buraxıldı və su onu apardı. Nə edəcəyimizi bilmirdik. Sel axırdı, o vəziyyətdə üzmək çox çətin idi. Birdən Həsən Baqiri ratsiya dəstəyini atıb çaya doğru qaçdı, suya girmək istəyəndə bir neçə nəfər onu tutdu. Uşaqların biri mahir üzgüçü idi.
Dostları ilə paylaş: |