Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Bu zaman Şəhid Baqiri hirslənib dedi: "Bu nə deməkdir?! Səngərdə oturub ratsiya ilə idarə edirsən? Uşaqlar mühasirədədirlər, qalx, onları mühasirədən çıxar"



Yüklə 8,06 Mb.
səhifə28/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
Bu zaman Şəhid Baqiri hirslənib dedi: "Bu nə deməkdir?! Səngərdə oturub ratsiya ilə idarə edirsən? Uşaqlar mühasirədədirlər, qalx, onları mühasirədən çıxar".

Briqada komandiri dedi: "Gedib nə edim? Mənim əlimdən bir iş gəlmir".

Bəzi dəlillər söylədi. Əlbəttə, o komandir işdən qaçan adam deyildi, amma bəzi səbəblərə görə qəbul etmirdi. Mənə çox qəribə idi. Bir də gördüm ki, Şəhid Baqiri ən azı iki il gecə-gündüz bir yerdə olduqları və çox hörmət etdiyi o adama hirslə, sərt tonla dedi: "Mən indi oraya gəlirəm. Sən səngərdə qalmamalısan. Əgər indi yola düşüb batalyonu mühasirədən çıxarmasan, cəzalanacaqsan. Ya cənazən qayıdacaq, ya uşaqlarla qayıdacaqsan, ya da sən də əsir düşəcəksən".

Bu rəftarı o qədər qətiyyətli və möhkəm idi ki, Nəsr diviziyasının komandir qərargahında olan 15-20 ordu və korpus hərbçiləri yerlərində donub qaldılar. Heç kimin səsi çıxmırdı. O komandir də getdi və Allaha şükür ki, tapşırığı uğurla yerinə yetirdi".1(Qeyd)

Ramazan əməliyyatının üçüncü mərhələsində ordu və korpusun döyüşçüləri cəsarətlə və yüksək əhval-ruhiyyə ilə düşmən mövqelərini yarıb irəliləsələr, yenidən balıq kanalının başına çatsalar da, həmin maneələrə, pərakəndə minalara və düşmənin zirehli hərbi birləşmələrinin olduqca çoxaldığına görə qayıtmağa məcbur oldular.

İraq ordusu balıq kanalının suyunu açmışdı, su hər an artıb Bəsrənin qarşısındakı düzənliyə dolurdu. Bu isə yolları yalnız bir keçidlə məhdudlaşdırıb Kərbəla qərargahının komandirlərinin əl-qolunu bağladı. Lakin hələ Bəsrəni ələ keçirmək həvəsi ölməmişdi. Dördüncü mərhələdə korpus və ordunun hərəsindən iki briqada əməliyyata başlayıb 2 km irəlilədi, amma sona qədər gedə bilmədi. Həsən Baqiri bu mərhələ başlanmazdan qabaq Zeyd zastavasının iki yolayrıcında yerləşmişdi. Əməliyyat gecə saat 1-də başlandı. İraq ordusu güclü atəş yağdırdı. Döyüşçülər nə qədər güclü hücuma keçsələr də, saat 3-ə qədər altıbucaqlılar kimi tanınan maneələri keçib irəliləyə bilmədilər. Hava işıqlanmağa başlayanda Həsən Baqiri öz qonşularından biri ilə döyüşçülərin yanına getdi.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin