Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


O deyirdi: "Xürrəmşəhrdəki düşmən bezmiş bir düşməndir, müdafiə oluna bilmir, əli çaxmağa getmir. Onlara aman verməməliyik. Onlar zorla dayanıblar”



Yüklə 8,06 Mb.
səhifə25/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
O deyirdi: "Xürrəmşəhrdəki düşmən bezmiş bir düşməndir, müdafiə oluna bilmir, əli çaxmağa getmir. Onlara aman verməməliyik. Onlar zorla dayanıblar”.

Həsən düşməni yaxşı tanıyırdı və bu, İslam respublikası üçün böyük bir üstünlük demək idi. Çoxlu komandirlər deyirdilər ki, Həsən Baqiri vuruşanda sanki düşməni görüb vuruşur. Tarixdə öz düşmənini ratsiya arxasından görüb vuruşan az adam olub. O, Səddamın çıxışlarını diqqətlə dinləyir, düşmən komandirlərinin ratsiyalarına qulaq asır, onlarda döyüş həvəsinin olub-olmadığını bilirdi".1(Qeyd)

Kərbəla qərargahının əsas qərar qəbul edənləri Möhsün Rzayi ilə Əli Səyyad Şirazi idi. Möhsün Rzayi Rəhim Səfəvi, Həsən Baqiri və Qulaməli Rəşidlə, Səyyad Şirazi də Polkovnik Musəvi Qəvidellə və bəzi ordu komandirləri ilə məsləhətləşirdi. Nəhayət, Kərbəla qərargahı Xürrəmşəhrin azadlığı üçün son planı müzakirəyə çıxardı.

Həsən Baqiri kəşfiyyat əməliyyatları nəticəsində bu qənaətə gəlmişdi ki, qələbədən ötrü ən yaxşı yol Xəyyin və Ərayiz çaylarına çatıb düşmənin Şələmçəyə çıxışını bağlamaqdır. Bu zaman Xürrəmşəhrin daxilindəki işğalçı qüvvələr çıxmağa yol tapmayacaqlar. Hamı bu planla razılaşdı. Lakin önəmli olan düşmənin dəmir səddini keçmək idi. Xürrəmşəhr məsələsi İraq üçün o qədər önəmli idi ki, digər yerlərdən təzə nəfəsli bir diviziya və dörd briqadanı Bəsrə və Şələmçəyə göndərmişdilər. Kəşfiyyatçılar Xəyyin çayına çatmaqdan ötrü hansı yolla gedirdilərsə, düşmənlə üzləşirdilər.

Kərbəla qərargahı ordunun dörd briqadasından əlavə korpusun "Məhəmməd rəsulullah (s)", Vəliəsr, Aşura, Kərbəla, Fəcr və Bədr briqadalarını da Nəsr qərargahının tabeliyinə verdi. Əli Səyyad Şirazi mayın 15-ində Nəsr qərargahına getdi, düşmənin Şələmçəyə çıxışını bağlamaq və Xürrəmşəhrin mühasirəsini tamamlamaq planını Kərbəla qərargahı tərəfindən təqdim etdi. Canlı qüvvənin azlığına görə bəzi komandirlər plana etiraz edir, bəziləri tərəddüdlə yanaşırdılar.

"Həsən komandirləri arxayın edib dedi ki, narahat olmayın, Allahın köməyi ilə yol tapacağıq. Ondan sonra işıqları söndürdülər, qaranlıqda İmam Hüseyn (ə) rövzəsi və Təvəssül duası oxudular. Həsən ayağa qalxıb ucadan dedi: "İlahi! Xalqımız və imamımız gözləyir. Şəhidlərə nə cavab verək? Nə bilirdiksə, elədik, çantamızda nə vardısa, çıxardıq, bütün yolları araşdırdıq. Daha əlimizdən bir şey gəlmir. Heç birimiz heç bir iddia etmirik. Qələbə Sənin əlindədir. İlahi! Sənin iradənlə sabahdan kəşfiyyata gedirik. İndiyə qədər olanlar da Sənin iradənlə olub. Bəlkə nə vaxtsa bir anlığa qələbəni özümüzünkü bilmişik. Bu axşam bunu da kənara atırıq. İlahi! Burada şəhid olmuş bütün bəsicilərin hörmətinə, Özün bizə kömək et!"

Ağlamaq səsi qərargahın ab-havasını dəyişdirdi. Allahın istədiyi yalvarış və münacatlardan idi. O vaxta qədər Xürrəmşəhrin azadlığı üçün keçirdiyimiz ən gözəl iclas oldu. O axşam Həsən Baqirinin sözləri hamını, o cümlədən ordu komandirlərini çox ruhlandırdı. Hamı ağlayırdı. Sübh azanı veriləndə namazımızı qılıb işlərimizin dalınca getdik. Özümüzü yüngül hiss edirdik.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin