Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Xaşayar Rusiyanın BTR-50 zirehli maşınlarına deyilirdi. Şah dövründə ordu onları qaz ixracı qarşılığında almışdı"



Yüklə 8,06 Mb.
səhifə30/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
Xaşayar Rusiyanın BTR-50 zirehli maşınlarına deyilirdi. Şah dövründə ordu onları qaz ixracı qarşılığında almışdı".(Qeyd)1

Cənubda əməliyyat düyünə düşdüyündən bəzi diviziyalar qərbə yollandılar və korpusda müvəqqəti dəyişikliklər baş verdi. Hacı Himmətin başçılığı ilə Sumar bölgəsində Zəfər qərargahı yaradıldı. O, Məndəli şəhərindəki yüksəklikləri ələ keçirib Sumarın qərbini azad etməli idi. Bundan ötrü Aşura, "Məhəmməd rəsulullah (s)", Seyyidüş-şühəda və İmam Rza (ə) briqadaları onun ixtiyarına verildi. Həsən Baqiri Sumara gedib Əziz Cəfərinin və Məhəmməd İbrahim Himmətin iştirakı ilə bölgəyə baxış keçirdi, oranı əməliyyat üçün əlverişli hesab etdi. Bu əməliyyat 1982-ci ilin oktyabrında Müslim ibn Əqil adı ilə uğurla həyata keçirildi.

Diqqətin qərbə yönəldiyi və bir çox komandirlərin cənubda əməliyyatı imkansız saydıqları bir vaxtda Həsən Baqiri kəşfiyyatçıları Həmrin sərhəd yüksəkliklərinə, Dehloranın cənub və qərb bölgələrinə yönləndirdi. Kəşfiyyat işləri yekunlaşandan və düşmən mövqelərinə yollar tapılandan sonra Həsən Baqiri Eynxoşa yerləşdi, əməliyyat planı hazırlayıb komandirlərin müzakirəsinə çıxardı.

Ramazan əməliyyatından sonra korpusda yeni qərargahlar yaradılmışdı. Möhsün Rzayi Xatəmül-ənbiya mərkəzi qərargahına getmiş, Rəhim Səfəvi ilə Qulaməli Rəşidi də oraya aparmışdı. Həsən Baqiri cənub cəbhələrinin idarəsini korpus tərəfindən üzərinə götürmüşdü. 1982-ci ilin oktyabrından əməliyyat üçün yekun hazırlıqlara başlandı. Məhərrəm ayına təsadüf etdiyinə görə bu əməliyyat Məhərrəm əməliyyatı adlandı. Eynxoşda korpusla ordunun müştərək qərargahı yaradıldı, Əli Səyyad Şirazi Müdafiə nazirliyinin Quru Qoşunlarının komandanı kimi ordu qərargahını, Həsən Baqiri də Kərbəla qərargahını oraya apardı.

Məhərrəm əməliyyat zonası 1500 kv km-i əhatə edirdi. Onun 600 kv km-i İranın işğal olunmuş bölgələrinə, 900 kv km-i isə İraq torpaqlarına aid idi. Həmrin sərhəd yüksəkliklərindən keçmək İraqın əl-İmarə və Əliqərbi şəhərlərinə və Dəclə çayına getməyi asanlaşdırırdı. Bu üç bölgə strateji hədəf sayılırdı. Əliqərbi və Dəclə sərhədin 30, əl-İmarə isə 60 km-liyində yerləşirdi.

Məhərrəm əməliyyatı ərəfəsində Sahibəzzaman (ə) korpusuna rəhbərlik Hüseyn Xərraziyə tapşırıldı. Onun İmam Hüseyn (ə), Qəməri-Bəni-Haşim, Kərbəla və Nəcəf briqadaları vardı. Bunlardan əlavə, Əli ibn Əbu Talib (ə) və İmam Səccad (ə) briqadaları da bölgəyə yerləşdilər. Kərbəla qərargahı bu əməliyyatdan ötrü korpusdan 52, ordudan 8 və jandarmeriyadan 2 batalyon nəzərdə tutdu. Korpusun 160 tankı olan zirehli hərbi birləşməsi, 60 buldozer və ekskavatorla Quruculuq cihadı, 70 buldozer və ekskavatorla korpusun mühəndis-istehkam bölüyü əməliyyata hazırlaşdı.

Hərbi Hava Qüvvələrinə də müəyyən tapşırıqlar verildi. Oktyabrın 23-ünə qədər bütün hərbi birləşmələr yerlərini tutdular. Əməliyyata bir gün qalmış Kərbəla qərargahında bütün korpus və ordu komandirlərinin iştirakı ilə iclas keçirildi.

"Yekun işlər danışılıb razılaşdırıldı. İclasdan sonra Həsən Baqiri məhərrəm ayı münasibətilə çıxış edib İmam Hüseyn (ə) aşurasına toxundu. Rövzəxan yox idi, onun səsi də bu işə uyğun deyildi. O, kitabın üzündən oxumağa başladı. Yazılanları oxuya-oxuya gözlərindən yaş axırdı. Sanki bədəninin bütün hüceyrələri onunla birlikdə İmam Hüseynin (ə) kədərinə şərik olurdu. İclasın ab-havası tamam dəyişdi. O qədər oxudu ki, axırda taqəti çəkildi. Çox gözəl məclis keçdi. Sinə də vurduq. O gün Həsən Baqiri bizə elə rövzə oxudu ki, onun həzzini heç vaxt unutmaram. Həyatım boyu çoxlu moizə və rövzə məclisləri görmüşəm, amma oradakı başqa bir şey idi".(Qeyd)1

Məhərrəm əməliyyatı 01.11.82 tarixində, qəməri təqvimilə məhərrəm ayının 14-də Həsən Baqirinin rəhbərliyi altında "La hövlə və la qüvvətə illa billah - Ya Zeynəb-Kübra" parolu ilə başlandı. Həsən Baqiri axşam 22:08 dəqiqədə əməliyyatın başlandığını elan etdi və briqadalar hücuma keçdilər. Əməliyyat başlayan kimi yağış yağmağa başladı. Döyüşçülər Həmrin yüksəkliyinə qalxmaqdan ötrü Doyrəc çayından keçməli idilər. Doyrəc çayı Xuzistanın şimalındakı yüksəkliklərdən axıb İraq torpaqlarında Dəclə çayına tökülür. Yağış əməliyyatı gözlənilməz problemlə üzləşdirdi.

"Kəşfiyyat zamanı çayın dərinliyi topuğa, uzaqbaşı dizə qədər idi. Suyun axını da güclü deyildi. Çəkmələrimizi çıxarıb çantamızın üstünə atır, şalvarlarımızın balağını qatlayıb sudan keçirdik. Əməliyyat planında da uşaqların elə keçməsi nəzərdə tutulmuşdu. Lakin əməliyyat axşamı güclü yağış yağdı. Döyüşçülər çadırlarında idilər. Çadırların üstünə sellofan çəkdilər və xüsusi bir hadisə baş vermədi. Namazlarını qılıb şam yeməklərini yedilər və çaya doğru yola düşdülər. Batalyonların bir qismi keçdi, bir qismi isə keçmək üzrə idi.

Müxtəlif hərbi birləşmələr dörd istiqamətdən çayı keçirdilər. Su sakit axırdı. Çayın eni təxminən 50 metr olardı, hər iki tərəfində təxminən 200 metr uzunluğunda daşlıq ərazi vardı. Şəxsi heyət keçmək istəyəndə çayın yuxarısından güclü sel axmağa başladı, təxminən 150 metr enində, 5 metr dərinliyində bir göl əmələ gəldi və iki tərəf arasında əlaqə kəsildi. Batalyonların bir qismi çayın o tərəfinə keçib düşmənlə döyüşə başlamışdı, bir qismi isə bu tərəfdə qalmışdı. Ortadan çox güclü sel axır, iri daşları, hətta maşını da aparırdı. Əməliyyat planı pozulmaq üzrə idi. Bəzi uşaqları da su apardı.

Əməliyyat başlayanda Şəhid Baqiri qərargahdan döyüş yerinə yola düşdü. Bu hadisə ona çox ağır gəldi. Biz çatanda korpusun və ordunun mühəndis-istehkam bölüyünü toplayıb cəld körpü salmalarını tapşırırdı. Yaralıları geri qaytarmaq, silah-sursat və ərzaq göndərmək istəyirdi. Ordunun mühəndis-istehkam bölüyü bir qədər hərbi körpü gətirmişdi, onları çayın üzərində yerləşdirməyə çalışırdı. Çətin proses idi və iş ləng gedirdi. Düşmənin atəşi də dayanmırdı. O tərəfdəki batalyonlar rabitə əlaqəsində tez-tez deyirdilər ki, bəs nə üçün canlı qüvvə gəlmir. Bu tərəfdəki batalyonlar da çaydan keçə bilmirdilər. Onun çox hirsləndiyini gördüyüm yerlərdən biri ora idi. Mühəndisləri tələsdirirdi. Körpü salana qədər təxminən səhər saat 10 oldu və batalyonlar körpüdən keçməyə başladılar. Bir az sonra suyun axını bir qədər zəiflədi".(Qeyd)1

Həmin gün Fətulla Cəfəri də orada idi.

"Əməliyyat başlayandan bir saat sonra Həsən Baqiri ratsiya ilə əlaqə saxlayıb Çəmsəri körpüsünün yanına getməyimi söylədi. Tez yola düşdüm. Yağış yağırdı. Şəxsi heyət çayın içindən keçməli idi. Qısa məsafələrlə çayın içinə daşlar düzmüşdülər, döyüşçülər onların üzərindən keçirdilər. Hava hələ tam işıqlanmamış Əsgər Lavinin başçılıq etdiyi tanklarımız çayı keçdi. Həsən dedi ki, bir tank bölüyü burada qalsın.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin