AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


İzdivaca vasitəçilik etməyin fəziləti



Yüklə 1,14 Mb.
səhifə58/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   54   55   56   57   58   59   60   61   ...   151
İzdivaca vasitəçilik etməyin fəziləti
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: «Hər kəs öz vəsaiti ilə bir subay şəxsi evləndirsə, qiyamət günü Allah-Təal ona rəhəm gözü ilə baxacaq».

Həzrət Əli (ə) buyurur: «Ən yaxşı vasitəçilik və xeyiriyyəçilik odur ki, öz səy və çalışqanlığınla iki nəfərin xoşbəxt ailə qurmağa səbəb olasan».

Yuxarıda oxuduğumuz bu kimi hədislər, xüsusi ilə gənc nəslin ailə quruculuğuna səy göstərən və kömək edən insanlara verilən qiymət və mükafatların nümunələridir. Digər hədislərdə həmçinin varid olub ki, bu cür xeyirxah insanların qisməti – behiştin əla mərtəbələri («Bərin», «Firdovs») olacaq, onlar Peyqəmbər və övliya ilə həmnişin və həmsphbət olacaqlar. Eyni zamanda o kəslər ki, iki nəfərin ayrılığına, bədbəxçiliyinə bais olacaq dünya və axirətdə üzləri qara, lənət və nifrətə layiq olacaqlar. Necə ki, Rəsuli-Əkrəm hədisi şərifində buyurur: «Hər kəs, ərlə-arvad arasında təfriqəyə, ayrılığa səbəb olarsa o adam, dünya və axirətdə Allahın qəzəbinə və lənətinə gəlsin».

Bəzi nanəcib adamların bəd niyyətləri o qədər xətərli olur ki, cavan və təcrübəsiz ailə başçılarını yoldan çıxardır və onları talaq verməyə, ayrılmağa təhrik edirlər və bəzən öz çirkin niyyətlərinə nail olurlar, bununla da özlərinə Allahın qəzəbini və cəhənnəm atəşini qazanmış olurlar. Bu cür ikiüzlü, riyakar adamlar əslində insan cildində girmiş canavarlardır.

Buna münasib bir rəvayəti istəyirik siz əziz oxucuların nəzəri-mübarəkinə çatdıraq:

Əliyyibn-Yəqtin, İmam Museyi Kazımin (ə) xas şiələrindən biri idi və İmamın icazəsi ilə Xəlifə Harun-ər-Rəşidin sarayında vəzirliyi öz öhdəsinə götürmüşdü.

Bir gün İbrahim Cəmmal adında bir nəfər miskin və fəqir şəxs ehtiyac üzündən onun qapısına pənah gətirdi və öz məqsədini ona söylədi, lakin bir fayda hasil olmadı. Günlər, aylar ötdü, həcc mərasimi yaxınlaşdı. Əliyyibn-Yəqtin Allah evini ziyarət etmək və mövlası İmam Museyi Kazımin görmək məqsədi ilə Bağdaddan Mədinəyə gəldi və İmamın hüzurunda şərəfyab oldu. Amma İmam da öz evinin qapısını onun üzünə açmır, Əliyyibn-Yəqtin kor-peşman bir halda küçədə sərgərdan qalır. Ocəhətdən ki, Əli İbrahimin üzünə qapını bağladı, İmam da öz evində ona yer vermədi və ona buyurdu: «Allah əmalını qəbul etməz, o vaxtadək ki, İbrahimi özündən razı salasan».

Əliyyibn-Yəqtin məyus və peşman bir halda Küfəyə qayıdır və durmadan İbrahimin evinə gedir və ona belə söylədi: «Öz ayaqlarını mənim üzümə qoy, ta ki, mən bir də belə bir xətaya yol verməyim, məhrum və sitəmdidələri bir də öz qapımdan məyus və əliboş geri qaytarmayım». Əlbəttə, İbrahim bu işi görməkdən boyun qaçırdı, lakin Əlinin təkidi ilə məcbur olub (tozlu) ayağını onun üzünə sürtdü. Onda Əli üzünü Allahın dərgahına tutub dedi: «İllahi, özün şahid ol!» İbrahimi özündən razı salandan sonra dübarə Mədinəyə qayıtdı və İmamın qürbi mənzilətində hörmət və etirama çatdı.

Hərçənd ki, bu rəvayətin izdivac bir o qədər də aidiyyəti yoxdur. Lakin ehtiyacı olan kəsləri qapıdan naümüd yola salmağın acı nəticələrinin və sonradan insan öz əməlindən peşman olub səhvini düzəldərsə Allahın rizasını, İmamın hörmət və ehtiramını qazanırsa, həyatda yaxşılıq etməyin, xeyirxahlığın insan üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyinin bir daha şahidi oluruq.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin