Əli-Əleyhisalamin Fatimeyi-Zəhra ilə nişanlıq dövrü
Əmirəl-möminin Əli (ə) buyurur: Peyqəmbərin qızı Fatimə ilə nişanlandıqdan sonra mənim Peyqəmbərlə məsciddə namaz qılmağından başqa heç bir əlaqəm yox idi. O, Həzrətin evinə heç bir gediş-gəliş yox idi. Bizim nişanlanmağımızdan bir ay keçirdi. Lakin Fatimə ilə görüşmək mümkün olmurdu. Çünki mən Peyqəmbərdən həya edirdim. Hətta Zəhra haqqında bir söz də danışmırdım. O Həzrət xüsusin hallarda məni gördükdə deyirdi: «Müjdə olsun. Sənin həyat yoldaşın Fatimə nə qədər gözəldir?! Sən dünyanın ən gözəl qadınlarından biri ilə evləndin..».
Kəbin mərasimindən bir ay keçmişdir. Əlinin qardaşı Əqil ibn Əbi Talib gəlib dedi: «Qardaşım Əli, nə üçün Peyqəmbərdən istəmirsən ki, sizin toy mərasiminizə hazırlıq görüb Fatiməni sənin evinə köçürsün? And olsun Allaha, heç bir şeyə səninlə Fatimənin evlənməyi qədər sevinməmişəm».
Əli qardaşının cavabında buyurur: «Allaha and olsun, arvadımı evimə gətirmək istəyirəm. Lakim utandığımdan bu barədə Peyqəmbərə bir söz deyib Fatimənin adınıçəkə bilmirəm».
Əqil dedi: «Qardaş! Səni Allaha and verirəm hazırlaş, mənimlə bu saat Peyqəmbərin hüzuruna gedək və sənin evlənmə məsələni həll edək».
Əli qardaşı ilə hərəkətə gəldi. Peyqəmbərin yanına getməmişdən öncə onun kənizi Ümm Eymənin yanına gəldi. Əli ürək sirrini kənizə dedikdən sonra o dedi: «Məsləhət bilirəm bu barədə arvadlar işə qarışsın». Bu məqsədlə Ümm Eymənin Ümm Sələmə ilə görüşdü və məsələni onunla müzakirə etdi.
Digər tərəfdən Peyqəmbərin arvadları Əlinin hüzuruna yetişib dedilər: «Məgər istəmirsən ki, Fatimə ilə toyunuzu başlayasan?» O Həzrət cavab verdi: «Münasib olan tərzdə hərəkət edin».
Əlinin bu sözlərini eşidəndən sonra arvadlar Peyqəmbər hüzuruna yetişib dedilər: «Əgər Fatimənin anası Xədicə sağ olsaydı, bu xeyir iş münasibəti ilə bizə göz aydınlığı verib qızının toyuna hazırlaşardı. Ey Peyqəmbər məgər istəmirsinizmi bu xeyirli işi başlayasınız?»
O Həzrət buyurdu: «Yaxşı olar ki, Əmirəl-möminin özü irəli durub toyu başlasın».
Beləliklə hörmətli Peyqəmbər Əlini çağırıb bu məsələni onunla müzakirə etməyə başladı. Sonra arvadlarına belə göstəriş verdi: «Fatiməni zifaf otağına daxil olmaq üçün hazırlayıb bəzəyin». Sonra Peyqəmbər gəlin və bəyi hüzuruna çağırıb onları bir-birinə tapşırdı (təqdim etdi). Sonra Fatimənin işıq saçan üzünü Əliyə göstərdi və əlini Əlinin qızının əlinə qoyub hər ikisini sinəsinə sıxaraq dua etdi.
Onlarla mötəbər hədislərdən xülasə şəkilində təqdim etdiyimiz bu hekayədən belə nəticə əldə edirik ki, uzun müddət nişanlı qalmaq məqsədəuyğun deyil. Cavanlar bu məsələdə Həzrət Əlidən ibrət almalıdırlar.
Digər tərəfdən qız tərəfin evlənməyə cəhd etməsi məqsədəuyğun deyildir. Bu iş bəyin xaişi və arvadlarının vasitəsilə həyata keçirə bilər.
Qız ataları cəhalət hisslərini kənara qoyub, eşq və məhəbbətlə və tez bir zamanda gəlini bəyə təhvil verməlidirlər.
Dostları ilə paylaş: |