kollektivdə öz həmkarları ilə sinxron işləmək, müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq (ÜK-1);
işgüzar münasibətlərin qurulması zamanı kommunikativ əlaqələrin qurulmasına hazır olmaq (ÜK-2);
beynəlxalq arenada fəaliyyət göstərə bilmək potensialına yiyələnmək (ÜK-3);
hüquqi biliklərə və etik normalara malik olmaq (ÜK-4);
sağlam həyat tərzi haqqında elmi anlayışa malik olmaq, fiziki cəhətdən təkmilləşdirmə bacarığına və vərdişlərinə malik olmaq (ÜK-5);
yenilikçilik təşəbbüsünə malik olmaq və əsaslandırılmış yeni ideyalar irəli sürmək (ÜK-6);
sağlam düşüncə tərzini formalaşdırmaq və mədəniyyətlərarası dialoqa hazır olmaq(ÜK-7);
tənqidə dözümlülük göstərmək (ÜK-8);
problemli, qeyri-standart şəraitlərdə təşkilati-idarəetmə qərarlarını tapa bilmək, təşəbbüskarlıq göstərərək sərbəst olaraq qərarlar qəbul etmək və onların məsuliyyətini öz üzərinə gotürməyə hazır olmaq (ÜK-9);
dövlət dilində sərbəst danışmaq və yazı vərdişlərinə, o cümlədən işgüzar yazışma vərdişlərinə malik olmaq, peşə təyinatlı mətnləri tərtib etməyi və onları redaktə etməyi bacarmaq (ÜK-10);
tərəfdaşları ilə xarici dildə ünsiyyətdə olmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-11);
informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək və peşəkarlıq fəaliyyətində İKT-dən istifadə etməyi bacarmaq (ÜK-12);
öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (ÜK-13);
idarəetmə məqsədləri üçün faydalı informasiyanı qəbul etmək, araşdırmaq, ümumiləşdirmək və strateji hədəfləri düzgün müəyyən etmək (ÜK-14 );
sosial-iqtisadi problemlərin mahiyyətini anlamaq və onların psixoloji aspektlərini müəyyən etmək (ÜK-15);
biznes-plan, uçot, hesabat və digər məlumat mənbələrində əks etdirilmiş informasiyanın qiymətləndirilməsi metodikasını dərindən mənimsəmək (ÜK-16);
yazılı və şifahi nitqdə fikrini məntiqə uyğun, dəlillər gətirməklə düzgün və yığcam ifadə etmək, publisistik və elmi nitq vərdişlərinə malik olmaq, yeridilən mühakimələrin və mülahizələrin məntiqliyini təhlil etməyi bacarmaq (ÜK-17).
müasir tələblərə uyğun təqdimatlar hazırlamağı bacarmaq (ÜK-18);
Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmaq, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-19);
cəmiyyətdə baş verən sosial əhəmiyyətli prosesləri və onların gələcəkdə mümkün inkişafını təhlil etmək qabiliyyətinə malik olmaq (ÜK-20);
öz fəaliyyətində qanunvercilik bazasından istifadə etməyi bacarmaq (ÜK-21);
məsuliyyətini dərk etmək, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə hörmət etmək, azərbaycançılıq ideyalarına sadiq olmaq (ÜK- 22 );
ümumiləşdirmələrə, təhlilə, informasiyanı qavramağa, qarşıda məqsəd qoymağa və ona nail olma yollarını seçməyi bacarmaq (ÜK-23).
makro və mikro səviyyələrdə müasir iqtisadiyyatın qanunauyğunluqlarını bilməlidir (PK-1);
aparıcı maliyyə məktəb və istiqamətlərinin ümumi və fərqli cəhətlərini fərqləndirə bilməlidir (PK-2);
təsərrüfat subyektlərinin və ev təsərrüfatlarının maliyyə göstəricilərinin hesablanması üçün ilkin məlumatları toplamağı və təhlil etməyi bacarmalıdır (PK-3);
obyekt, hadisə və proseslərin ekonometrik struktur modellərini qura bilməlidir (PK-4);
ölkə iqtisadiyyatının institusional struktur xüsusiyyətlərini və iqtisadi siyasətin istiqamətlərini bilməlidir (PK-5);
problemləri aşkar etmək vərdişinə malik olmalı, risklərin qiymətləndirilməsi və maliyyə effektivliyi nöqteyi nəzərindən onların həlli yollarını bilməlidir (PK-6);
maliyyə, mühasibat və sair informasiyaları təhlil və interpretasiya etmək qabiliyyətinə malik olmalı və əldə olunmuş məlumatlardan idarəetmə qərarlarının qəbulunda düzgün istifadə etməyi bacarmalıdır (PK-7);
maliyyə və sosial-iqtisadi göstəriclər üzrə ölkə və xarici statistik məlumatları təhlil və interpretasiya edə bilməli və zəruri hallarda bu göstəricilərin korrektə olunması üçün təkliflər verə bilməlidir (PK-8);
analitik və tədqiqat işlərinin nəticələri üzrə maliyyə-iqtisadi xarakterli məruzə, hesabat və məqalə hazırlaya bilməlidir (PK-9);
maliyyə-iqtisadiyyat və biznes sferasında normativ-hüquqi sənədlərə istinad edərək konkret layihələr hazırlaya bilməlidir (PK-10).
tapşırılmış konkret işin yerinə yetirilməsinin ivrasını təşkil etmək (PK-11);
kiçik kollektivin və işçi qrupların fəaliyyətini təşkil etmək (PK-12);
işin təşkilində müstəqil fərdi vərdişlərə malik olmaq (PK-13);
kollektivdə mülki müdafiə qaydalarını təşkil etmək (PK-14);
iş yerində münasib və əlverişli mühitin yaradılmasını təmin etmək (PK-15);
kollektivdə səmimi və mehriban münasibətlərin formalaşmasını təşkil etmək (PK-16);
əməkdaşların kommunikabelli olmaları və gərgin iş şəraitində işləmə vərdişlərinin aşılanmasını təmin etmək (PK-17).