Bildirişlər
1. Məcburi halda, təhlükə ilə üzləşdikdə edilən tövbə yox, azad halda edilən tövbə dəyərlidir.
2. Günahın təkrarı insanı tövbə tövfiqindən məhrum edir. “Yəməlun” (“işlər görərlər”) davam nişanəsidir. “Səyyiat” sözü isə günahın çoxluğu və təkrarını bildirir.
3. Tövbəni təxirə salmaq olmaz. Ölüm anı məlum deyil və ölüm qapını döydükdə tövbə qəbul olmaz.
4. Təhlükə və ölüm zamanı insanın allahşünaslıq fitrəti aşkar olur.
5. Kafir halda ölmək və pis aqibət bütün yaxşı əməlləri, o cümlədən tövbəni puça çıxarır.
19. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ يَحِلُّ لَكُمْ أَن تَرِثُواْ النِّسَاء كَرْهًا وَلاَ تَعْضُلُوهُنَّ لِتَذْهَبُواْ بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلاَّ أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَيَجْعَلَ اللّهُ فِيهِ خَيْرًا كَثِيرًا﴾
“Ey iman gətirənlər! Qadınlardan zorla irs almaq sizə halal deyil. Aşkar günaha batmayınca bağışladığınızın bir hissəsini almaq üçün onlara çətinlik yaratmayın. Onlarla yaxşılıqla rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, çox olsun ki, siz bir şeyi xoşlamayasınız, amma Allah həmin şeydə böyük xeyir qoymuş olsun.”
Dostları ilə paylaş: |