“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə202/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   198   199   200   201   202   203   204   205   ...   494

Bildirişlər


1. Allah sizi Ühüd döyüşündəki ixtilaflara görə tənbeh etdi, amma boş buraxmadı.

2. Allah acı hadisələrin şiddətli vaxtında möminlərin qəlbinə rahatlıq bəxş edər.

3. Yuxu rahatlıq səbəbi və ilahi hədiyyədir.

4. Mücahidlərin ruhiyyələri, etiqadları, inamları, təhlilləri fərqlidir.

5. İnsanın özünə bənd olması ilahi vədlərə bədgümanlıq səbəbidir.

6. Ən böhranlı şəraitlərdə və məğlubiyyət zamanı da Allaha və Onun vədlərinə qarşı bədgüman olmayın.

7. İlahi vədlərə qarşı bədgümanlıq cahiliyyət əqidələrindəndir.

8. Özünə vurğunluq və rifah istəyi insanı ilahi razılıq dairəsindən xaric edər.

9. Hətta süstlük, ixtilaf və itaətsizlik zamanı da müsəlmanların məğlub olmaması fikri cahil düşüncədir.

10. Zəif imanlı fərdlər öz məğlubiyyətini ilahi yardımın olmaması ilə izah edirlər.

11. Mücahidlərin ruhiyyəsini zəiflədən suallar vermək qadağandır.

12. Vəsvəsələr, şəkk-şübhələr yaranmasına qarşı qəti olmaq lazımdır.

13. Rifah axtaran, özünə bənd olan müsəlmanlar daim nigarançılıq içindədirlər.

14. Özünü düşünən insanlar məsləhətləşmə zamanı öz təkliflərinin qəbul olunmasını gözləyirlər.

15. Qəti müqəddəratdan qaçmağa yol yoxdur.

16. Allahın qəti müqəddəratına etiqad insana rahatlıq verir.

17. Cəbhədəki çətinliklər və məğlubiyyətlər insanların iman dərəcəsini müəyyənləşdirmə yollarındandır.

18. Acı və şirin hadisələr sizin ruh və düşüncənizin təcəllası üçün bir səhnədir. Allah isə əvvəlcədən bütün ruhiyyə və düşüncələrdən xəbərdardır.


155. ﴿ إِنَّ الَّذِينَ تَوَلَّوْاْ مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ ﴾

Həqiqət, iki qoşun qarşılaşdığı zaman sizlərdən (Ühüddə) üz döndərən (qaçan) kəslər oldu. Yalnız bu səbəbdən ki, şeytan onları bəzi xoşagəlməz işlərinə görə büdrətmişdi. Əlbəttə Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayan və həlimdir.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin