Bildirişlər
1. Dünyanın yaranışı məqsədlidir.
2. Varlığı tanımaq Allahı tanımağın müqəddiməsidir.
3. İl boyu gecə və gündüz saatları arasındakı fərq düşüncə sahiblərinin nəzərində təsadüfi deyil.
4. Quran insanları yaranış haqqında düşünməyə rəğbətləndirir.
5. Daha düşüncəli olan insan daha çox nişanəni dərk etməlidir.
6. Yaranış aləmi sirlərlə doludur. Yalnız düşüncə sahibləri bu sirləri dərk edə bilərlər.
191. ﴿الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ﴾
“(Düşüncə sahibləri) o kəslərdir ki, ayaq üstə, oturaq və uzanmış halda Allahı yad edər, göylərin və yerin yaranışı haqqında düşünərlər. (Can-dildən deyərlər:) «Pərvərdigara! Bu varlıq aləmini boş yerə yaratmamısan, Sən pak-pakizəsən. Bizi atəş əzabından qoru.»”
Dostları ilə paylaş: |