“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə278/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   274   275   276   277   278   279   280   281   ...   494

Nöqtələr


◘Qadın irsdən kişiyə nisbətən yarı pay alsa da, əslində kişidən iki qat artıq bəhrələnir. Fərz edin ki, otuz hissədən ibarət olan irsdən on hissəsi qadına, iyirmi hissəsi isə kişiyə düşmüşdür. Amma qadın hansısa öhdəlik götürmədiyindən öz payını toxunulmamış vəziyyətdə saxlayır və öz həyat ehtiyacını kişinin payından təmin edir. Deməli, irs bölgüsündə kişidən az pay götürən qadın öz payını ehtiyata saxlayıb, kişinin payından istifadə edir.

◘İmam Cavaddan (ə) nəql olunmuş bir hədisdə deyilir: Qadının öhdəsində heç bir fərdi və ictimai maddi öhdəçilik yoxdur. İzdivac zamanı qadın mehriyyə aldığı, kişi mehriyyə ödədiyi halda, qadının izdivacdan sonrakı xərclərini də kişi ödəməlidir. Qadın heç bir maddi məsuliyyət daşımadan irs alır və aldığını ehtiyata saxlayır. Onun ehtiyacları isə kişiyə düşmüş paydan ödənir.1

◘Tövratda da irs hökmləri bəyan olunmuşdur.2 İncildə isə həzrət İsanın belə dediyi bəyan olunur: “Mən Tövratın hökmlərini dəyişməyə gəlməmişəm.”

◘Cahil ərəblər qadınları və uşaqları irsdən məhrum edirdilər. İslam isə övlad və qadına onların ehtiyacı qədərində irs payı ayırır.

◘Övlada irs çatması bir çox fəaliyyətlərə səbəb olur. Var-dövlətinin övladına çatmayacağını bilən insan bir o qədər də çalışmaz. Fransada varislik qanunu ləğv olunduqdan sonra bir çox iqtisadi fəaliyyət sahələrində tənəzzül müşahidə olundu.

◘Dünyasını dəyişmiş şəxsin var-dövlətindən onun övladlarına ata-anasından çox pay düşməsinin səbəbi bu ola bilər ki, insanın qoca yaşlarında ehtiyacı az olur. Əgər ölənin qardaşı yoxdursa, ananın payı üçdə bir, əgər qardaşı varsa, ananın payı altıda bir olur. Qalan hissə isə ata üçündür. Atanın daha çox irs payı almasının səbəbi bu ola bilər ki, ölənin qardaşlarının xərci də, adətən, atanın öhdəsinə düşür.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ölənin borclarını ödəmək onun vəsiyyətini yerinə yetirməkdən öndə gəlir.3 Şəriətə zidd vəsiyyətə əməl edilməməlidir.4

◘Bir şəxs qızı olduğu üçün narahatlıq keçirirdi. İmam Sadiq (ə) həmin şəxs üçün ayənin bir hissəsini oxudu: «Siz ata və oğullarınızdan hansının daha xeyirli olduğunu bilmirsiniz.»5



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin