Nöqtələr
◘Təfsirlərdə bu ayə müxtəlif şəkillərdə mənalandırılmışdır. Yuxarıdakı məna isə “Təfsire-nümunə”yə aiddir. Əlbəttə ki, başqa mənalar da nəzərə gəlir: Əgər iki kişi günah etmək(homoseksualizmlə məşğul olmaq) qərarına gəlmişlərsə, amma hələ ki, yalnız müqəddimə işləri görülmüşdür, bu işin gələcəkdə baş verəcəyinə əmin olduğunuz halda onları nəhy əz münkər baxımından tənbeh edib hədələyin. Əgər peşman olub günahdan əl çəksələr, siz də onları bağışlayın. Allah tövbələri qəbul edən və rəhimlidir. Ayədəki “vəlləzani” sözü qadın və kişiyə yox, iki kişiyə aiddir. “Fəazuhuma” sözü isə həddin icrası yox, tənbeh mənasını bildirir. Tövbə və islah isə qazinin hökmündən qabaq fikirdən daşınmaya aiddir.”Yətiyaniha” sözünü isə günaha müqəddimənin icrası mənasında başa düşmək olar. Xalq arasında bu söz günah astanasında olan insana aid edilir. Məsələn, bir şəxs kimlərisə qonaq çağırıb hazırlıq görürsə, “filankəs qonaqlıq edir” deyirlər.
◘Zinakarın tövbəsi və onun günaha görə cəzalandırılmaması iş mühakiməyə gedənədəkdir. Hökm çıxarıldıqdan sonra isə tövbə cəzanın qarşısını almır.
17. ﴿ إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً ﴾
“Şübhəsiz ki, Allaha tövbə cəhalət üzündən pis iş görənlər üçündür. Onlar dərhal tövbə edirlər. Allah onların tövbəsini qəbul edər. Allah biləndir və hikmət sahibidir.”
Dostları ilə paylaş: |