«ALİ-İmran» surəSİ


﴿ مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِ اللّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ ﴾



Yüklə 3,62 Mb.
səhifə2/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   2   3   4   5   6   7   8   9   ...   61

AYƏ 4:


﴿ مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِ اللّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ ﴾

TƏRCÜMƏ:


«Bundan öncə, insanları hidayət etmək üçün! Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli intiqam sahibidir.»

TƏFSİR:


Bu ayədə Peyğəmbərə (s) xitab edilərək buyurulur: Qəyyum və əbədi olan Allah əvvəlki səmavi kitablarda verilən əlamətlərlə tamamilə uyğun olan Quranı sənə nazil etmişdir. O Allah ki, bəşəriyyətin hidayət olunub düz yola gəlməsi üçün Qurandan əvvəl Tövrat və İncili nazil etmişdir.

Sonra buyurulur: Həmçinin haqq ilə batili bir-birindən ayıran Quranı (Furqanı) da nazil etmişdir.

Sonra əlavə edilir: Höccətin tamam olunmasından, Allah tərəfindən ayələrin nazil edilməsindən, eləcə də əql və fitrətin peyğəmbərlərin dəvətinin doğru olmasına şahidlik etməsindən sonra haqqın qarşısında inadkarlıq edənləri cəzalandırmaqdan başqa bir yol qalmır. Buna görə də sözügedən ayədə Peyğəmbəri-Əkrəmin (s) haqq bir Peyğəmbər və Qurani-Məcidin ilahi bir kitab olmasından söz açılandan sonra buyurulur: Allahın ayələrinə kafir olanlar üçün şiddətli cəza vardır.

Allah-təalanın Öz təhdidlərini gerçəkləşdirməyə qadir olmasında heç bir şəkk-şübhənin olmamasını göstərmək üçün yenidən buyurulur: Allah yenilməz qüdrət və intiqam sahibidir.


AYƏ 5-6:


﴿ إِنَّ اللّهَ لاَ يَخْفَىَ عَلَيْهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء. هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الأَرْحَامِ كَيْفَ يَشَاء لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

TƏRCÜMƏ:


5. «Şübhəsiz, yerdə göydə olanlardan heç bir şey (o cümlədən sizin iman küfrünüz) Allaha gizli deyildir.»

6. «Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli (vücuda gətirmə yol göstərmədə) möhkəm yaradılış sahibidir.»

TƏFSİR:


Hansısa bir şeyin Allahdan gizli qalması necə mümkün ola bilər? Halbuki, O bütün yerlərdə hazırdır və hər bir şeyə nəzarət edəndir. Allahın vücudu qeyri-məhdud olub, bizə bizim özümüzdən də yaxın olduğuna görə məkana ehtiyacı yoxdur. Eyni zamanda, hər bir şeyi əhatə edir. Bu əhatə də Onun bütün varlıqlar barəsində olan elm, məlumat və agahlığı mənasınadır.

Sonra isə həqiqətdə yaradılış aləminin bədii əsərlərindən biri olan, Allahın elm və qüdrətinin cilvəgahı sayılan elm və qüdrətin bir nümunəsinə işarə olunaraq buyurulur: O həmin Allahdır ki, sizi analarınızın bətnində istədiyi şəkildə təsvir etdi.



Bəli! Qüdrətli və hikmət sahibi olan Allahdan başqa heç bir məbud yoxdur. İnsana ana bətnində surət verilməsi, qaranlıq və zülmətli bir mühitdə maye olan nütfə üzərində çox bədii, ardıcıl və qəribə bir şəkildə insan surətinin çəkilməsi, doğrudan da, insanı heyrətə salır. İnsanlar bütün bu rəngarəngliklərlə yanaşı, şəkil, surət, cinsiyyət, istedad və s. cəhətdən də bir-biri ilə fərqlənirlər. «Ondan başqa sitayişə layiq heç bir məbud yoxdur» sözünü ona görə deyirik ki, Onun Müqəddəs Zatından başqa heç bir şey ibadətə layiq deyildir.

AYƏ 7:


﴿هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ﴾

TƏRCÜMƏ:


«Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar ( mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir ( onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir onlar «möhkəm» ayələrin sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun təvilini ( həqiqi mənasının olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm mütəşabih olmasından bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.»

TƏFSİR:

QURANDA MÖHKƏM VƏ MÜTƏŞABİH AYƏLƏR


Əvvəlki ayələrdə Peyğəmbəri-Əkrəmin (s) nübüvvətinin aşkar dəlili kimi Quranın nazil olmasından söhbət gedirdi. Bu ayədə isə Quranın xüsusiyyətlərindən, bu böyük asimani kitabda mətləblərin necə bəyan olunmasından söhbət açılır. Əvvəlcə buyurulur: O, həmin Allahdır ki, bu kitabı sənə nazil etmişdir. Onun bəzi ayələri möhkəm (aşkar və açıq-aydın) olmaqla bu kitabın əsasını təşkil edir (sair mürəkkəb mənalı ayələri izah edir). Onun bəzi hissələri də mütəşabih ayələrdir. Bu ayələr mətləblərin dərin məfhumuna, cəhətinə və sair səbəblərə görə ilk baxışda çox mürəkkəb nəzərə çarpır.

Mütəşabih ayələr insanlar üçün bir növ imtahandır; elmdə dərin biliyə malik olanlarla inadkar fitnəkarları bir-birindən ayırır. Buna görə də ayənin davamında buyurulur: Qəlblərində azğınlıq olanlara gəldikdə isə, onlar fitnə-fəsad törətmək üçün mütəşabih ayələrə tabe olur, bu ayələri öz meyl və istəkləri əsasında, düzgün olmayan şəkildə təfsir etmək istəyirlər ki, camaatı azdırsınlar. Halbuki, onun əsl təfsirini və həqiqi mənasını Allahdan və elmdə dərin biliyə malik olanlardan başqası bilməz.

Sonra əlavə edilir: Məhz elmdə dərin biliyə malik olanlar düzgün idrak sayəsində həm mütəşabih, həm də möhkəm ayələrin düzgün mənasını bilir və «deyirlər ki, biz onların hamısına iman gətirmişik, hər şey Allah tərəfindəndir». Bəli, əql və fikir sahiblərindən başqası bunlardan agah olmaz.

Bu ayədən məlum olur ki, Quran ayələri iki qismdir: bəzi ayələrin məfhumu o qədər aydındır ki, onlarda heç bir inkara, sui-istifadəyə yer yoxdur. Onları möhkəm ayələr adlandırırlar. Başqa qismi isə mətləbləri çox dərin mənalı və yüksək səviyyədə olduğundan, bizim idrak dairəmizdən kənarda olan qeyb elmi, axirət aləmi, Allahın sifətləri və s. amillər barədə olduğundan onların həqiqi mənasını, sirlərini və həqiqətlərini dərk etmək üçün xüsusi elmi hazırlığa ehtiyac duyulur. Məhz bu ayədən istifadə edərək onları «mütəşabih ayələr» adlandırırlar.

Azğınlığa düşmüş və yolunu azmış şəxslər adətən çalışırlar ki, bu ayələri əllərində bəhanə edərək haqqın əksinə olan təfsirlər irəli sürsünlər. Nəticədə camaatın arasında fitnə-fəsad salaraq onları haqq yoldan çıxartsınlar. Amma Allah-təala və elmdə dərin biliyə malik olanlar bu ayələrin sirlərini bilir və camaat üçün şərh edirlər.

Əlbəttə, elm və bilik nəzərindən ön cərgədə olanlar (peyğəmbərlər və imamlar) onun bütün sirlərindən agahdırlar. Halbuki, başqaları yalnız öz elm və bilikləri səviyyəsində ondan müəyyən və cüzi şeylər başa düşürlər. Məhz buna görə də nəinki adi camaat, hətta alimlər belə Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərin varlığına ehtiyac duyurlar.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin