«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə7/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   2   3   4   5   6   7   8   9   10   ...   61

AYƏ 20:


﴿فَإنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلّهِ وَمَنِ اتَّبَعَنِ وَقُل لِّلَّذِينَ أُوْتُواْ الْكِتَابَ وَالأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُواْ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ﴾

TƏRCÜMƏ:


«Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» (səmavi) kitab verilmiş kəslərə savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisinizBeləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.»

TƏFSİR:


Bu ayədə buyurulur: “Ey Peyğəmbər, yəhudilər və məsihilər din barəsində səninlə höcətləşsələr, de: Mən bütün varlığımı yeganə Allah üçün xalis etmişəm, Ona heç bir şərik qoşmuram və Ondan başqa heç bir məbuda pərəstiş etmirəm.” Məqsəd budur ki, Peyğəmbərin (s) dini tövhid və yeganəpərəstlikdir. Bu da bütün mükəlləf şəxslərin əməl və iqrar etməli olduğu prinsipdir.

Sonra buyurulur: “Yəhudilərə, məsihilərə və səmavi kitab nazil olmayan ərəb müşriklərinə de: “Sizin yanınızda olan dəlil və əlamətlərə əsasən İslamı qəbul edirsiniz, yoxsa yenə də küfrdə qalırsınız?”

Əgər İslamı qəbul etsələr, bu onların öz xeyirlərinə tamam olacaq, azğınlıq və zəlalətdən haqq yola hidayət olunaraq əbədi səadətə nail olacaqlar.

Amma arxa çevirsələr və İslamı qəbul etməsələr sənə heç bir ziyan çatdıra bilməzlər. Sən Allah tərəfindən göndərilmişsən. Sənin vəzifən yalnız haqq yolunu təbliğ etmək, onları düz yola çağırmaqdır.


AYƏ 21-22:


﴿ إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الِّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ. أُولَـئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾

TƏRCÜMƏ:


21. «Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ.»

22. «Onlar (xeyir) əməlləri dünyada axirətdə puça çıxmış heç olmuş kəslərdir (onların xeyir əməllərinin dünyada yaxşı bir izi, axirətdə savabı yoxdur). Onların (axirətdə şəfaət edəcək) bir kömək edənləri olmayacaqdır.»

TƏFSİR:


Bunlar kitab əhlidir ki, onların ata-babaları peyğəmbərləri və onların Bəni-İsrail abidlərindən olan ardıcıllarını qətlə yetirirdilər. Allah-təala Quranın nazil olduğu zamandakı yəhudilərə məhz buna görə şiddətli əzab vədəsi verir ki, onlar ata-babalarının çirkin və yaramaz əməllərinə razı olmuşdular. Bundan əlavə, onlar həmişə Peyğəmbəri-Əkrəmi (s) və möminləri qətlə yetirməyə çalışırdılar. Əgər Allahın qeybi yardımları olmasaydı, onlar öz çirkin və məkrli tədbirlərini mütləq həyata keçirəcəkdilər.

«Biğəyri həqq» (nahaq yerə) dedikdə, peyğəmbərləri haqq yerə öldürməyə icazə verilməsi təsəvvür olunmamalıdır. Əksinə, məqsəd budur ki, peyğəmbərlərin qətlə yetirilməsi həmişə nahaq yerə, zülm üzündən olmuşdur.



Onların əməllərinin «dünyada batil və puç olması» dedikdə məqsəd budur ki, onların Tövrata əməl etməsinə baxmayaraq, mal-dövlətləri və canları toxunulmaz qalmadı, tərifə və təqdirə layiq görülmədi. Axirətdə də ona görə əməlləri batil olur ki, sanki heç bir əməlləri yoxmuş kimi savaba layiq deyillər. Bu da əməllərin məhv olmasının həqiqi mənasıdır.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin