«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə21/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

AYƏ 66:


﴿ هَاأَنتُمْ هَؤُلاء حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ ﴾

TƏRCÜMƏ:


«Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.»

TƏFSİR:


Bu ayə kitab əhlinə bir növ xəbərdarlıq edib buyurur ki, siz elm və agahlığınız olduğu şeylərdə maneçilik yaradır və yersiz suallar verirsiniz. Məsələn, siz Həzrət İsanın (ə) təbii həyatını, onun maddi ehtiyaclarını, yeməyə, məskənə və paltara olan tələbatını əyani şəkildə gözlərinizlə gördünüz, amma yenə də onun barəsində münaqişə yaradırsınız. Bəziləriniz onu yalançı, bəziləriniz isə Allahın oğlu hesab edir! Yaxud nişanə və əlamətləri Tövrat və İncildə gələn Həzrəti Məhəmməd (s) haqqında (sizə tanıtdırıldığı halda) yersiz söhbətlər edirsiniz.

Siz yalnız məlumatınız olan məsələlərlə bağlı mübahisə aparır və heç nə ilə razılaşmırsınız. Bəs onda niyə elminiz olmadığı məsələlər barədə mübahisə edirsiniz? Məsələn, siz nə üçün Həzrət İbrahimin (ə) hansı yolda, hansı məzhəbdə olmasını müzakirə edirsiniz? Allah hər şeyi bilir, siz isə bilmirsiniz. Siz bilmədiyiniz şeyləri Peyğəmbərdən (s), onun kitabından öyrənməlisiniz.


AYƏ 67:


﴿ مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ ﴾

TƏRCÜMƏ:


«İbrahim yəhudi idi, xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən () deyildi

TƏFSİR:


Haqqa meyletmə mənasına olan «hə-nə-fə» kəlməsi batilə meyl etmə mənasına olan «cə-nə-fə» kəlməsinin antonimidir. Hənif o kəslərə deyilir ki, haqq yolunda olsunlar. Mənası təhrif olunan sözlərdən biri də məhz müşriklərin və bütpərəstlərin özlərinə aid etdikləri «hünəfa» (haqqa meyl edənlər) kəlməsidir. Bu ayədə «müslimən» kəlməsinin «hənifən» kəlməsi ilə yanaşı qeyd edilməsi həm İbrahimi (ə) şirkdən təmizləmək, həm də bu müqəddəs kəlməni paklamaq məqsədi daşıyır.

AYƏ 68:


﴿ إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:


«Əlbəttə insanların (şəriətin əsasları qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi alihi səlləm) (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı başçısıdır.»

TƏFSİR:


Bu ayədən aydın olur ki, iman əsasında qurulan əlaqələr qohum-əqrəba və millət əlaqələrindən daha möhkəmdir. Eyni fikrə və ideologiyaya malik olub, eyni xətdə qərar tutanların hədəfləri eyni olduqda zahirdəki etiqad və fikir baxımından bir-biri ilə ayrı olmasına baxmayaraq, yaxın qohumluq əlaqələrinə görə bir-birinə daha yaxındırlar. Hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) Ömər ibn Yəzidin oğluna buyurdu: «Allaha and olsun ki, siz Ali-Məhəmməddənsiniz.» Sonra yuxarıdakı ayəni oxudu.

Rəsuli-Əkrəm (s) Səlmani Farsi barəsində buyurur: «Səlmanu minna Əhləl-beyt»yəni Salman biz Əhli-beytdəndir.



İNCƏ MƏTLƏBLƏR

1. İnsanlarla onların rəhbərləri arasında əsas rabitə ideoloji əlaqədir, qəbilə, dil, məntəqə, irq rabitələri deyil.

2. Peyğəmbərlərə yaxınlığın meyarı onlara itaət etməkdir.

3. Peyğəmbəri-Əkrəm (s) və müsəlmanlar Həzrət İbrahimin (ə) xəttində olub onunla eyni hədəfə malikdirlər.

4. «Məcməül-bəyan» təfsirində belə bir rəvayət nəql olunmuşdur: «Həzrət Məhəmmədin (s) dostu və tərəfdarı qohumluq cəhətindən ondan uzaq olsalar belə, Allaha itaət edənlərdir. Peyğəmbərin (s) düşməni Allaha qarşı üsyankarlıq edənlərdir, hətta Peyğəmbərlə yaxın qohum olsalar belə.»


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin