«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə29/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

AYƏ 93:


﴿كُلُّ الطَّعَامِ كَانَ حِـلاًّ لِّبَنِي إِسْرَائِيلَ إِلاَّ مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُواْ بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ﴾

TƏRCÜMƏ:


«Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə ya etdiyi nəzrə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: “Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin).”»

TƏFSİR:


Təfsirlərdə qeyd olunur ki, Bəni-İsrail Peyğəmbəri-Əkrəmə (s) irad tutub deyirdilər ki, əgər sənin təlimlərin əvvəlki peyğəmbərlərin, o cümlədən, Həzrət İbrahim (ə), Musa (ə), İsanın (ə) təlimləri ilə müvafiqdirsə, onda nə üçün dəvə ətini haram etməyibdir? Bu ayə onların cavabına nazil olaraq buyurdu ki, bütün yeyiləcək Bəni-İsrailə halal idi. Yeməklərdən bəzilərini özünə haram edən məhz Bəni-İsrailin özü olmuşdur. Bu harametmənin də səbəbi, bəzi təfsirlərdə qeyd olunduğu kimi, Həzrət Yəquba (ə) dəvə ətinin zərərli olması idi. O da həmin yeməkdən çəkinirdi. Bəni-İsrail isə güman edirdi ki, bu, bir növ əbədi haram olan şəriət qanunudur.1

«Təam» o şeyə deyilir ki, insanın dadbilmə üzvündə tamı olsun. «Hill» kəlməsi də «əqd» kəlməsinin müqabilində olub azadlıq deməkdir. «Halal təam» icazə verilən yeməklərə deyilir.


AYƏ 94:


﴿ فَمَنِ افْتَرَىَ عَلَى اللّهِ الْكَذِبَ مِن بَعْدِ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ ﴾

TƏRCÜMƏ:


«Buna görə kim bundan sonra Allaha yalan nisbət versə ( Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!

TƏFSİR:


Bu ayədə buyurulur: “Tövratı gətirib oxumağa razı deyilsinizsə və Allahın adından yalan danışmağınız inkarolunmaz bir məsələdirsə, onda bilin ki, bundan sonra Allahın adından yalan danışanlar zalımlardır. Çünki bu işi bilərəkdən görürlər.

AYƏ 95:


﴿ قُلْ صَدَقَ اللّهُ فَاتَّبِعُواْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ ﴾

TƏRCÜMƏ:


«De: Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə İbrahimin dinində halal olub). Buna görə haqpərəst olan müşriklərdən olmayan İbrahimin dininə tabe olun

TƏFSİR:


Bu ayədə Peyğəmbərə (s) xitab olunaraq buyurulur: “De: “Allah doğru demişdir. Onlar İbrahimin pak dinində deyildilər. Buna əsasən İbrahimin dininə tabe olun. Çünki o haqqa yönəlmişdi və müşriklərdən də deyildi. İndi mənim öz dəvətimdə sadiq və doğruçu olduğumu gördükdə nə üçün İbrahimin hər bir şirk və yanlışlıqdan pak olan ayininə tabe olmursunuz? Halbuki, o heç vaxt müşriklərdən olmadı.”

Deməli, ərəb müşriklərinin özlərini İbrahimin ayininə mənsub etmələri də tam mənasızdır. Bütə pərəstiş etmək hara, büt sındırmaq hara!


AYƏ 96:


﴿ إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir bərəkət dolu aləmdəkilər üçün hidayət vasitəsidir.»1

TƏFSİR:


Bəni-İsrailin İslam dini ilə əlaqədar müsəlmanlara tutduqları iradlardan biri də bu idi ki, Beytül-Müqəddəsin qədim tarixə malik olduğunu, miladdan min beş yüz il əvvəl həzrət Süleyman (ə) tərəfindən tikildiyinə baxmayaraq, niyə müsəlmanlar onu qoyub Kəbəni özlərinə qiblə seçmişlər? Bu ayə onlara cavab verərək bəyan edir ki, Kəbə yer üzündə tikilən ilk evdir və onun tarixi cəhətdən qədimliyi hər bir yerin tarixindən daha qədimdir.

«Əl-Mizan» təfsirində qeyd olunur ki, «Dəhvəl-ərz» barəsində rəvayət çoxdur1 və ona zidd olan heç bir elmi dəlil yoxdur. Bunun Quranla da ziddiyyəti yoxdur.

Həzrət Əlinin (ə) «Nəhcül-Bəlağə»nin 192-ci xütbəsində buyurduğu «Allah bütün insanları – Adəmdən axırıncı insanlara qədər Kəbə daşları ilə imtahana çəkir» cümləsindən aydın olur ki, Kəbə elə Həzrət Adəmin (ə) dövründən mövcud olmuşdur və o, yer üzündə mövcud olan binalar içərisində ən qədim keçmişə malik bir yerdir. Quranda və Əhli-Beyt (ə) rəvayətlərində Kəbədən çoxlu təbirlər olunmuşdur. Onlardan bəzilərini qeyd edirik:

1. Kəbə ilk evdir.2

2. Kəbə camaatın qiyam və müqavimət yeridir.3

3. Azad olunmuş evdir.4

4. Camaatın yığışdığı və əminamanlıq yeridir.5

5. İslamın nişanəsidir.6




İNCƏ MƏTLƏBLƏR

1. Kəbə bütün insanların hidayət rəmzidir. Çünki hamının vahid qibləsidir. Quran bütün insanlara nazil olduğu və İslam Peyğəmbəri (s) bütün insanlar üçün göndərildiyi kimi, bütün insanların hərtərəfli hidayəti də Kəbədədir.

2. Allah istəyirsə Kəbənin daşlarını mübarək (bərəkətli) və insanlar üçün hidayət vasitəsi qərar verir. Ona baxış ibadət sayılır, İbrahim və İsmail onun xidmətçisi olur.

3. Quran, Rəsul, Kəbə azaddır və Allaha məxsusdur. Nə Quran bir kəs tərəfindən yaradılıb, nə Rəsul bir kəsin beyətini öz öhdəsinə götürüb və nə də Kəbə bir kəsin şəxsi mülküdür.

4. Kəbə yer kürəsinin ilk nöqtəsidir.

5. Kəbə camaatın ibadət və raz-niyazı üçün tikilmiş ilk evdir.



6. Kəbənin xeyir-bərəkəti təkcə möminlər üçün deyil, hamı üçündür.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin