«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə32/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

AYƏ 102:


﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun yalnız müsəlman olaraq ölün

TƏFSİR:


İman, elm və təqvada olduğu kimi, hər hansı bir kamalın da müxtəlif mərhələləri – ilkin və ən yüksək mərhələsi vardır ki, mütləq kamala qədər gedib çatır. Məsələn, Quranda Peyğəmbərin (s) dilindən deyilir: «Rəbbi zidni elmən» – yəni, Pərvərdigara, mənim elmimi artır.»1 «Məkarimul-əxlaq» duasında isə oxuyuruq: «Bəlliğ bi imani əkmələl-iman» – yəni Pərvərdigara, mənim imanımı kamal həddinə çatdır. Bu ayədə də buyurulur ki, «Allah qarşısında ən yüksək səviyyədə təqvalı olun.» İmam Sadiq (ə) buyurur: «Təqvanın haqqı budur ki, Allaha itaət edəsən.» Deməli, təqvanın da müxtəlif mərhələ və mərtəbələri vardır.

İNCƏ MƏTLƏBLƏR

1. Hər gün daha yüksək mərhələlərə nail olmaq lazımdır.

2. İman gətirməyin özü təklikdə kifayət deyildir, əsas şərt imanlı qalmaqdır. Hər hansı bir işin əvvəli çox da mühüm deyil. Onun axırı daha yüksək əhəmiyyət kəsb edir.

3. İslam dini insana təkcə necə yaşamağı deyil, həm də dünyadan necə getməyi öyrədir.

4. Təqva insanın axır-aqibətinin gözəl nəticələnməsinin əsas meyarıdır.

AYƏ 103:


﴿وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾

TƏRCÜMƏ:


« hamılıqla Allahın ipindən (dindən, kitabdan vəhyi gətirənlərdən) möhkəm yapışın parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.»

TƏFSİR:

İTTİHADA DƏVƏT


Bu ayədə cəmiyyətin ittihadda olub hər növ təfriqə və ikitirəlikdən uzaq olmasından ibarət olan yekun bəhs irəli çəkilir və buyurulur: “Hamılıqla Allah ipindən yapışın və pərakəndəlikdən uzaq olun.”

Bu ayədəki «həblillah» (Allah ipi) kəlməsi barəsində təfsir alimləri müxtəlif ehtimallar irəli sürmüşlər. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə deyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki «Allah ipi» dedikdə bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur, bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə).

Sonra Quran böyük bir nemət olan ittihad və qardaşlığa işarə edərək müsəlmanları, özlərinin qəm-qüssəli və rüsvayçı keçmişləri barəsində fikirləşməyə, pərakəndəlik və təfriqə ilə vəhdəti müqayisə etməyə dəvət edir və buyurur: “Allahın sizə əta etdiyi neməti yada salın: siz bir-birinizlə düşmən olduğunuz zaman qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun verdiyi nemət səbəbi ilə qardaş oldunuz.”

Burada möminlərin qəlbləri arasında ülfət və mehribanlıq yaratmaq məsələsi Allahın Özünə mənsub edilmişdir: «Allah sizin qəlbləriniz arasında ülfət yaratdı.» Bu təbir İslamın böyük bir ictimai möcüzəsinə işarə edir. Çünki ərəblərin arasında qədimdən mövcud olan düşmənçilik və ədavət məsələlərini düzgün araşdırdıqda məlum olur ki, onlar çox kiçik, əhəmiyyətsiz və sadə bir məsələ üstündə yüz illərlə müharibə aparırdılar. Bu da sübut edir ki, belə bir pərakəndə, nadan və bixəbər milləti adi yollarla vahid bayraq altında birləşdirmək və aralarında qardaşlıq yaratmaq heç vaxt mümkün olmazdı.

Bir-birinə dərin kin-küdurət və amansız düşmənçilik bəsləyən ərəb qəbilələri arasında vəhdət və qardaşlıq yaradılması qeyri-müsəlman tarixçiləri və alimlərinin də nəzərindən qaçmamışdır. Onların hamısı bu məsələni son dərəcə təəccüblə qeyd etmişlər.

Quran sonra buyurur: “Siz keçmişdə od ilə dolu olan bir uçurumun kənarında idiniz, hər an oraya düşməyiniz və hamılıqla yanıb külə dönməyiniz mümkün idi. Amma Allah-təala sizi bu oddan xilas etdi, sizi bu uçurumdan əminamanlıq, qardaşlıq və məhəbbət diyarına yönəltdi.”

Yuxarıdakı ayədə qeyd olunan «nar» (od) cahiliyyət dövründə kiçik və əhəmiyyətsiz şeylər üstündə qəbilələr arasında şölələnən müharibə oduna və çəkişmələrə işarədir.

Ayənin axırında daha artıq təkid üçün buyurulur: Allah Öz ayələrini sizin üçün belə aydınlaşdırır ki, bəlkə hidayəti qəbul edəsiniz.

Deməli, əsas və yekun hədəf sizin düz yola hidayət olunub nicat tapmağınızdır, belə isə qeyd olunanlara ciddi əhəmiyyət verin.


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin