«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə26/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

AYƏ 82:


﴿ فَمَن تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ ﴾

TƏRCÜMƏ:


«Buna görə kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!»

TƏFSİR:


Bu ayədə Qurani-məcid əhd-peyman pozanları məzəmmət edərək təhdidlə buyurur: “Hər kəs bütün bu təkid və möhkəm əhd-peymanlardan sonra inadkarlıq etsə və haqdan üz döndərsə, əvvəlki kitablarda əlamət və zühur nişanələri gəldiyi halda İslam Peyğəmbərinə (s) iman gətirməsə fasiqdir və Allahın vilayət dairəsindən xaric olunmuşdur.”

Bildiyimiz kimi, Allah-təala bu cür inadkar və təəssübkeş fasiqləri heç vaxt hidayət etməz. Bu məsələ «Tövbə» surəsinin 80-ci ayəsində qeyd olunmuşdur: «Hər kəs ilahi hidayətə nail olmasa, onun yeri cəhənnəm orada şiddətli əzabdır.»


AYƏ 83:


﴿ أَفَغَيْرَ دِينِ اللّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ ﴾

TƏRCÜMƏ:


«Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə , ixtiyari təslimçilik olan din Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.»

TƏFSİR:


Göylərdə və yerdə olan varlıqların hamısı Allah-təalaya təslimdir. Adi halda bu təslimçilik və bəndəlik ruhiyyəsini gizlətsələr də, ciddi təhlükə hiss edən zaman çarəsizlikdən qəlbdə Ona sığınırlar. Bəziləri isə adi halda öz rəğbət və meyilləri ilə təslimdirlər. Lakin bütün varlıqlar təhlükə hiss edən zaman Allaha təslim olmağa məcbur olurlar. Aləmin bütün zərrələri – hər bir atom, hər bir hüceyrə istisnasız olaraq, Allahın onlara hakim kəsdiyi qanunlara tabedir. Allah-təala hər an istəsə, onları dəyişə bilər.

İNCƏ MƏTLƏBLƏR

1. Bütün varlıq aləmi Allaha təslimdirsə, onda nə üçün biz təslim olmayaq?! Əgər bütün varlıqlar Allahın qarşısında təzim edirlərsə, niyə biz təzim etməyək?!

2. İşlərin axırında ona doğru qayıdacağıqsa, onda nəyə görə üzümüzü əvvəldən Ona çevirməyək?!

AYƏ 84:


﴿قُلْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ عَلَيْنَا وَمَا أُنزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ﴾

TƏRCÜMƏ:


«De: “Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə Musaya, İsaya (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik ( onların peyğəmbərliklərinə bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq biz yalnız Ona təslimik.”»

TƏFSİR:


«Bəqərə» surəsinin 136-cı ayəsində də qeyd olunduğu kimi, Allah-təala sonrakı peyğəmbərə iman gətirmələri barədə əvvəlki peyğəmbərlərdən əhd-peyman almışdır ki, onların hər biri sonrakı peyğəmbəri öz ümmətlərinə tanıtdırmaqla ona kömək etsinlər. Sonrakı peyğəmbər də öz növbəsində bütün əvvəlki peyğəmbərləri və onların səmavi kitablarını qəbul edirdi.

«Əsbat» Bəni-İsrailin arasından çoxlu peyğəmbərlər seçilmiş olan bir qəbilədir.



İNCƏ MƏTLƏBLƏR

1. Başqalarının xidmətlərini görməməzliyə vurmayın.

2. Bütün peyğəmbərlərin vahid hədəfi olmuşdur.

3. İlahi hidayət və din həmişə bəşər həyatı ilə yanaşı olmuşdur. Peyğəmbərlər də sanki müxtəlif siniflərin müəllimləri olmuş, biri digərindən sonra insanlara yol göstərmişdir.

4. Peyğəmbərlərin bəzilərinin digərlərindən üstün olması ümumi halda onlara iman gətirilməsinə mane olmamalıdır.


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin