«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə60/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   53   54   55   56   57   58   59   60   61

AYƏ 190:


﴿ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən göylərin yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl fikir sahibləri üçün (Allahın qüdrət, elm hikmətini göstərən) nişanələr vardır

TƏFSİR:


Fəxr Razinin, Qurtubi və Mərağinin təfsirlərində qeyd olunur ki, Ayişədən soruşdular: «Peyğəmbəri-Əkrəmdən yadında qalan ən gözəl xatirə hansıdır?» Dedi: «Peyğəmbərin bütün işləri qəribə idi. Amma mənim nəzərimcə onların ən mühümü bu idi: O, bir gecə mənim evimdə istirahət edirdi. Təzəcə yatmışdı ki, yerindən qalxdı, paltarlarını geyinib dəstəmaz aldı və namaz qılmağa başladı. Namaz üstündə o qədər ağladı ki, paltarının qabaq tərəfləri göz yaşından islandı. Sonra səcdəyə getdi, səcdə halında o qədər ağladı ki, üzünün müqabilindəki yer də islandı. Sübh çağı Bilal gəlib bu qədər ağlamağının səbəbini soruşduqda buyurdu: «Dünən gecə bəzi ayələr («Ali-İmran» surəsinin 190-194-cü ayələri) mənə nazil oldu. Sonra buyurdu: «Vay olsun o kəslərə ki, bu ayələri oxuyub düşünməzlər!»

Fəxri Razinin təfsirində Həzrət Əlidən (ə) nəql olunur ki, Rəsuli-Əkrəm (s) gecə namazından qabaq bu ayələri oxuyardı.1

Bir hədisdə bizim də bu ayələri oxumağımız tövsiyə olunmuşdur.

Həzrət Əlinin (ə) səhabələrindən olan Nuf Bəkkalinin belə dediyi nəql olunmuşdur: Bir gecə Həzrət Əlinin (ə) hüzurunda idim. İmam (ə) yatağından qalxıb bu ayələri oxudu, sonra məndən soruşdu: «Yatmısan, yoxsa oyaqsan?» Dedim ki, oyağam. Buyurdu: «Xoş olsun o kəslərin halına ki, yerin çirkinliklərinə bulaşmamışlar.»2



İNCƏ MƏTLƏBLƏR

1. Yaradılış aləmi hədəf əsasındadır.

2. Varlıqların tanınması Allahı tanımaq üçün bir müqəddimədir.

3. Ayıq və zəkalı insanların nəzərində ağacın yarpaqları, hər vərəqi üzərində ilahi mərifət olan bir dəftərdir.

4. Hər kəs daha ağıllıdırsa ilahi nişanə və əlamətləri daha çox dərk edir.

5. Gecə-gündüzün gəlib-getməsi, varlıq aləminin zaman əsasında qurulması əql sahiblərinin nəzərində təsadüfi bir iş deyildir.


AYƏ 191:


﴿ الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ ﴾

TƏRCÜMƏ:


«O kəslər ki, ayaq üstə, oturduqları halda böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir ( qəlbləri ya həm qəlb, həm dilləri ilə deyir)lər: “Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız puç işlərdən) pak ( uzaq)san ( bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək dünyada savab əzaba layiq olmaq onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru.”»

TƏFSİR:


Allahı yad etmək hər bir halda əql əlamətidir.

Əql sahibləri məhz zikr və təfəkkür əhlidir.

Təfəkkür əsasında olan imanın dəyəri vardır.

Biz bilməliyik ki, ilahi hədəfdən uzaqlaşdıqca cəhənnəm oduna yaxınlaşırıq, belə isə yenidən ilahi hədəflərə qayıtmalıyıq.

Sirlərinin hamısını dərk edə bilməsək də, xilqət və yaradılış aləmi əbəs yerə deyil.

AYƏ 192:


﴿ رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ ﴾

TƏRCÜMƏ:


«Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır »

TƏFSİR:


Cəhənnəm əzabı ağırdır, lakin xarlıq və rüsvayçılıq fiziki əzabdan daha ağır, daha dərdli və daha şiddətlidir.

Zalımlar heç vaxt şəfaətə nail ola bilməzlər, onlar şəfaət haqqından məhrumdurlar.





Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin