Allahın dinində şəxsi rəyin ilk rəsmi elanı Sonra Səhhakın oğlu hakimlərinə və valilərinə əmr verib dedi: “Öz
fi kirlərinizi irəli sürməyə cəhd göstərin və nəyi haqq görürsünüzsə, ona uy-
ğun hökm verin!”. Bu səbəbdən o və bəzi valiləri davamlı olaraq böyük
problemlərə düçar olurdular. Əli ibn Əbu Talib (ə) öz bəyanları ilə onlara qarşı
çıxırdı. Ömərin vali və hakimləri bir şey barəsində fərqli hökmlər verir və o da
(Səhhakın oğlu) hamısını onlar üçün təsdiqləyirdi. Çünki Allah heç bir zaman
ona hikmət və gözəl xitab bəxş etməmişdi.
Qiblə əhlindən bir çoxları onların elm və xəlifəlik mədəni olduqlarını, baş-
qalarının bu haqqa sahib olmadıqlarını güman etdilər. Biz (Əhli-Beytin (ə))
haqqını inkar edənlərə və sənin kimilər o adətləri Əhli-Beyt əleyhinə dəlil ola-
raq istifadə etsin deyə camaat arasında qanunlar qoyan kəslərə qarşı Allahdan
yardım diləyirik. Allah bizə kifayət edər və O, nə gözəl vəkildir.
İnsanlar Əhli-Beytə (ə) nisbətdə üç qisimdirlər İnsanlar üç qisimdirlər: (birincisi) haqqımızı tanıyan, bizə təslim olan və
bizə itaət edən mömindir. Belə şəxs nicat tapmış və Allahın dostudur. (İkinci-
si) bizə qarşı düşmənçilik edərək bizdən uzaqlaşan, bizi lənətləyən, qanımızı
halal bilən, haqqımızı inkar edən və bizdən uzaq olmağı dinin zərurəti bilən
nasibidir. Belə kəs Allaha qarşı kafi r və müşrik olmuş, Allahın rəhmətindən
uzaq düşmüşdür. (Üçüncüsü isə) üzərində ixtilaf edilməyən şeylərə sarılan, bi-
zim vilayətimizlə əlaqədar həll edə bilmədiyi məsələləri Allaha həvalə edən və
bizimlə düşmənçilik etməyən kimsədir. Biz belə şəxslərdən ümidliyik. Onun işi
Allaha qalmışdır”.
Müaviyə bunları eşidib Həsən və Hüseynə bir milyon dirhəm, yəni hər
birinə beş yüz min dirhəm təqdim edilməsini əmr etdi”.