Ali-Muhəmmədin sirləri
205
başqalarından yaxşı tanıyaram, Rəbbim də məni özümdən daha yaxşı tanıyır.
İlahi, onların söylədikləri sözlərə görə məni günahlandırma, məni onların zənn
etdiklərindən daha yaxşı et! Onların bilmədiyi günahlarımı bağışla. Həqiqətən
sən qeybi bilən və eyibləri örtənsən!”
Onların əlamətlərindəndir ki, sən onu dində güclü,
mülayimlikdə ehtiyat-
lı, imanda yəqinlikdə, elmdə həris, fi qhdə anlayan, həlimlikdə elmli, xərclikdə
şəfqətli, zənginlikdə qənaətcil, ibadətdə mütəvazi, yoxsulluqda dözümlü,
çətinlikdə səbirli görərsən. Onlar itaətkar şəxsə qarşı mərhəmətli,
yerinə mü-
vafi q əta edən, qazancda mötədil, halalda pak, hidayətdə fəal, tamahdan uzaq,
tutduğu yolda xeyirxah və şəhvət zamanı özünü qoruyandırlar.
Möminin batini əlamətləri
Onu tanımayan şəxsin onu tərifl əməsindən qürurlanmaz
və əməllərini he-
saba çəkməyi tərk etməz. Əməllərini yetərsiz görər və yaxşı işlər edər.
O elə bir şəxsdir ki, axşama şükürlə qarşılayar, səhərləri zikrlə açar keçər.
Gecəni qayğılı keçirər və səhərlər isə sevinclə oyanar. Qayğısı çəkinməsi la-
zım olan şeylərdən, sevinci isə əldə etdiyi fəzilət və rəhmətə görədir. Əgər
nəfsi onu xoşlanmadığı şeylərə məcbur etsə, sevincinə səbəb olan istəklərini
nəfsinə verməz. Sevinci yalnız əbədi və davamlı, gözünün nuru isə zail olma-
yan şeylərdə, arzusu baqilərdə və zöhdü fanilərdəndir.
O helmini elmlə, elmini ağılla qarışdırar.
Sən onu tənbəllikdən uzaq,
daim fəal, arzuları yaxın, səhvləri az, əcəlini gözləyən, qəlbi qorxuda, nəfsi
tox, cəhaləti gizli,
işi asan, dinini qoruyan, şəhvəti ölmüş, qəzəbini boğmuş,
əxlaqı təmiz, qonşusu əlindən etibarda, qüruru zəif, özü üçün təqdir edilənlə
kifayətlənən,
səbri möhkəm, işi hikmətli və çox zikr edən görərsən.
Dostlarının ona etibar etdiklərini (sirlərini) danışmaz, düşmənindən şahid-
liyi əsirgəməz, haqq olan bir şeyi riya üçün etməz və utandığı üçün onu tərk
etməz. Ondan ancaq yaxşılıq umular, şərindən isə amandadırlar.
Ona zülm edəni bağışlayar, onu məhrum edənə əta edər, onunla əlaqəni
kəsənlərlə əlaqə yaradar, helmi tərk etməz, şübhələndikdə tələsməz, ona ay-
dın
olan şeydə yenə diqqətli olar, cahillikdən uzaq, sözü yumşaq, hiyləsiz,
yaxşı əməlləri çox, sözü doğru,
hərəkəti gözəl, yaxşılığı toxunan və pislik
etməyəndir.
Sarsıntılı zamanlarda vüqarlı, çətinlikdə səbirli və bolluqda şükür edəndir.