−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə63/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   59   60   61   62   63   64   65   66   ...   131
alim-keramet

«Bərəkətli pullar» 
Cənab Ələmül-Huda Məlayiri deyir:  
Nəcəf-Əşrəfdə dini təhsil aldığım vaxtlar dolanışıq cəhətdən 
çətinlik  çəkirdim.  Bir  gün  iş  o  yerə  çatdı  ki,  ailəmə  çörək 
almağa  bir  qəpik  pulum  qalmadı.  Evdən  çıxıb  pərişan  halda 
bazara yollandım. Neçə dəfə bazarı əvvəldən axıra kimi gedib-
gəldim  və  kimsəyə  öz  vəziyyətimi  bildirmədim.  Öz-özümə 
fikirləşdim,  bazarda  bu  cür  gedib-gəlmək  yaxşı  iş  deyil. 
Bazardan çıxıb küçəyə daxil oldum, hacı Səidin evinin yanına 
çatanda  birdən  Seyyid  Mürtəza  Kəşmirini  gördüm.  Mənə 
 
1
 “Mehre Taban”, səh. 323 


 
71 
çatanda əvvəl dedi: Nə olub sənə? Niyə bu haldasan? Cəddin 
Əmirəlmöminin (ə) arpa çörəyi yeyərdi, elə gün də olurdu heç 
nə tapmırdı. 
Beləcə  o  həzrətin  (əs)  çətinliklərindən  bir  az  danışıb  mənə 
ürək-dirək verdi və sonra dedi: 
Səbr  elə,  darıxma,  əlbəttə  düzələcəkdir.  Nəcəfdə  gərək 
zəhmət çəkəsən, əzaba qatlaşasan. 
Bunu deyib bir neçə xırda pul cibimə saldı və dedi: Bu pulları 
heç  vaxt  sayma  və  kimsəyə  də  söyləmə.  Nə  qədər  istəsən 
ondan xərclə. 
Mürtəza Kəşmiri gedəndən sonra bazara girib həmin pula bir 
az  çörək,  yavanlıq  alıb  evə  döndüm.  Neçə  gün  bu  minvalla 
həmin  pulla  alış  veriş  edirdim.  Öz-özümə  fikirləşdim  ki,  bu 
pullar  qurtaran  deyil,  əlimi  cibimə  salanda  oradan  pul  çıxır, 
yaxşısı  budur  ki,  bir  az  evi-eşiyi  sahmana  salım.  Həmin  gün 
evə ət alıb gətirdim. Arvad əti görüb dedi:  
Deyəsən vəziyyətin düzəlibdir, bəxtin gətiribdir? Dedim:  
Bəli. Dedi:  
Onda don tikdirmək üçün mənə bir az parça alarsan. 
Bazara  gedib  parça  satandan  arvadın  tapşırdığı  parçanı 
kəsdirib  bükdürdüm.  Əlimi  cibimə  saldım,  bir  miqdar  pul 
çıxardıb parça satanın qarşısına qoydum və dedim:  
Bax  gör  parçanın  pulunu  ödəyirmi?  Əskik  olsa,  üstünü 
düzəldim. 
Pulları  sayıb  gördü  ki,  elə  o  deyən  miqdardır.  Nə  isə,  bu 
minvalla  mən  düz  bir  il  hər  gün  özümə  lazım  olan  qədər  o 
pullardan  xərcləyirdim  və  bu  barədə  kimsəyə  bir  kəlmə  söz 
demirdim. 
Günlərin  bir  günü  paltarımı  yumaq  üçün  dəyişməli  oldum 
və  pulları  cibimdən  çıxarmaq  yadımdan  çıxdı.  Paltarları 
yumaq üçün verib evdən çölə çıxdım. 


 
72 
Uşaqlardan  biri  əlini  cibimə  salıb  pulları  çölə  çıxardır  və 
həmin  pullarla  o  günün  alış  verişi  edilir.  Bununla  da  pullar 
birdəfəlik qurtarır. 
Şəhid  Ayətullah  Dəstğeyb  bu  hekayənin  nəqlindən  sonra 
buyurur: 
Seyyid  Mürtəza  Kəşmirinin  kəramətləri  və  imam  Zaman 
Həzrətləri  (əs)  ilə  görüşməsini  Nəcəf-Əşrəfin  əksər  elm 
adamları təsdiq edirdilər.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin